Səməd Seyidov: Ermənilər beynəlxalq təşkilatlara yalvarmaqdansa, regiondakı reallıqları qəbul etməlidirlər

“Türkiyə ilə fəxr edirik! Türkiyə, səninlə fəxr edirik! Həqiqətən də bu ölkə demokratiya, regionun sabitliyi, xalqının gələcəyi üçün böyük işlər görüb. Türkiyə bölgədə mövcud olan saysız təhdidləri dəf edə bilir. Çox sağ ol, Türkiyə!” 

Bizim.Media AZERTAC-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasının ilk plenar iclasında deyib. 

Dəstək əvəzinə tənqidlərin eşidilməsini qəribə adlandıran deputat bildirib:

“Türkiyənin ən yaxın qonşusuyuq. Xüsusilə də seçkilərin ikinci turunun necə çətin, şəffaf və açıq təşkil edilməsinin şahidi olduq. Bu, Türkiyənin demokratiya istiqamətində düzgün irəlilədiyini aydın əks etdirir. Türkiyənin bu gün AŞPA-nın, beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var. Türkiyə dağıdıcı zəlzələdən sonra da Avropa Şurası, xüsusilə də xalqı üçün bacardığını edib”. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmçinin Ermənistan təmsilçilərinin mövzudan kənar müdaxilələrinə də cavab verib, onları gələcək haqqında düşünməyə çağırıb.

“Bir-birimizə çox yaxınıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar davam edir. Yaxın vaxtlarda danışıqların növbəti mərhələsi gözlənilir. Ancaq burada erməni həmkarlarımızın ritorikasını görürsünüz. Hələ də keçmiş terminologiyanı təkrarlayırlar. Onlar gələcək haqqında düşünməyə qadir deyillər. “Blokada” deyirlər, halbuki belə bir şey yoxdur, “genosid” dedikləri isə ümumiyyətlə mövcud deyil. Laçın dəhlizinin bağlı olmasına dair söylədikləri tamamilə səhv fikirdir. Provokasiyaya gəldikdə, isə Ermənistan tərəfindən çoxlu sayda təxribatlar törədilir. Azərbaycan təxribatdan uzaqdır. Təəssüf ki, Ermənistan tərəfi düşmənçiliyi davam etdirir.

O, mövcud vəziyyəti anlamalı, hansı istiqamətdə irəliləmək haqqında düşünməlidir. Azərbaycanlılar və ermənilər birlikdə gələcək haqqında düşünməlidirlər. Ancaq onlar bunun əvəzinə beynəlxalq təşkilatlara yalvarır, Azərbaycanla bağlı yanlış məlumatlar təqdim etməyə çalışırlar. Bu, düzgün münasibət deyil. Belə davranışla sülhə nail olmaq çətindir. Azərbaycana, Qafqaza gəlin, əsil qafqazlı olun, kiçik bir cəsarət tapıb yeni reallıqları anlayın”, - deyə S.Seyidov vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO