Tatarıstan lideri ilə Ağalıya səfər edən ölkə başçısının sakinlərlə maraqlı DİALOQU 

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzibər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Tatarıstan liderləri Zəngilanın Ağalı KƏNDİNDƏ - FOTO/VİDEO


Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. 

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər.

Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb. 

Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət etdilər. 

Prezident İlham Əliyev: Salaməleyküm. 

Sakinlər: Salaməleyküm, cənab Prezident, xoş gəlmisiniz. 

Rüstəm Minnixanov: Salaməleyküm. 

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. 

Qadın sakin: Həmişə Siz gələsiniz, xoş gəlmisiniz. 

Prezident İlham Əliyev: Necəsiniz? Necə yaşayırsınız? 

Sakinlər: Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq. Allah Sizə cansağlığı versin. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakinlər: Sağ olun, cənab Prezident. Allah Sizi qorusun! 

Prezident İlham Əliyev: Salam, necəsən? Qızım, sən də gəl. 

Qadın: Salam, xoş gəlmisiniz. Gəlin, uşaqlar, şəkil çəkdirək. 

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada? 

Qadın: Mən Bakıdan gəlmişəm. 

Prezident İlham Əliyev: Qonaq gəlmisiniz? 

Qadın: Bəli, qonaq gəlmişik. 

Minnixanov (balaca qıza): Adın nədir? 

Qız: Xədicə. 

Prezident İlham Əliyev: Bəs sənin adın nədir? 

Oğlan: Yusif. 

Prezident İlham Əliyev: Nəvələrinizdir. Sənin adın nədir? 

Qız: Mələk. 

Prezident İlham Əliyev: Necəsən? 

Qız: Yaxşıyam. 

Qadın sakin: Cənab Prezident, Ağalıya xoş gəlmisiniz. Allah Sizə kömək olsun. 

Digər qadın: Cənab Prezident, bu gün bu qızın ad günüdür, onunla bir şəkil çəkdirərsiniz? 

Prezident İlham Əliyev: Ad günüdür? Təbrik edirəm. 

Qadın: Allah Sizin canınızı sağ etsin ki, bizə bu günləri qismət etdiniz. 

Digər Qadın: Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə dəfələrlə görüşmüşük, yəqin tanımış olarsınız. 

Prezident İlham Əliyev: Çox sağ olun. Bəli, bəli. 

Qadın: Ağalıya xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Siz gələndə biz çox sevinirik. Görürsünüz, Sizi uşaqlar da nə qədər çox istəyirlər. 

Sakinlər. Allah Sizi var eləsin. Sizinlə fəxr edirik. Bizim Prezidentimiz dünya lideridir. 

Qadın: İnşallah, həmişə yolunuz açıq, işiniz uğurlu olsun. 

Söhbət zamanı xatirə şəkilləri çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

End of content

No more pages to load

RADİO