Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Uqandada məktəbdə törədilən terror aktı ilə əlaqədar ölkəyə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.
"Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Şagirdlərin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik", - deyə qeyd edilib.

Bizim.Media