Şahbaz Şərifin Azərbaycana SƏFƏRİ – Pakistanla əməkdaşlığın STRATEJİ ƏHƏMİYYƏTİ

Azərbaycana iyun ayında iki mötəbər ölkənin rəhbərləri səfər edib. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, ardınca isə iyunun 15-də Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanda rəsmi səfərdə olublar. 

Bu səfərlər ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Pakistanla Azırbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. 
Pakistan Türkiyə kimi, həmişə Azərbaycanın haqq işini dəstəkləyib və onun yanında olub. 44 günlük müharibə zamanı da bunun şahidi olduq. Pakistan bu fonda da ölkəmizə lazım olan dəstəyi verib. Pakistan bu günə qədər Ermənistanla diplomatik əlaqələr qurmayıb, Ermənistanı dövlət kimi tanımayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub" - Şahbaz Şərif


Onu da qeyd edək ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət islam dünyasında əlaqələrin inşafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir.  

Bundan fərqli olaraq, özünü İslam dünyasının maraqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran davranışları ilə özünü tam ifşa edib. Tehran İslamdan yalnız öz maraqlarını təmin etmək üçün bir vasitə olaraq istifadə edir. 
İranın müharibədən sonra Ermənistana dəstəyi daha da artıb. Əvəzində, bu müddətdə Tehran Azərbaycana qarşı düşmən siyasətini daha da sərtləşdirib. Halbuki, ondan fərqli olaraq, Pakistan Azərbaycanla qardaşlıq, dostluq əlaqələrini daha da möhkəmləndirir.  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Pakistan bir çox məsələlərə, o cümlədən Qafqazdakı vəziyyətə prinsipial mövqedən yanaşır:

“Pakistan dünya birliyində özünün siyasi çəkisi, geosiyasi mövqeyi olan bir dövlətdir. Məsələ heç də tək Pakistanın nüvə potensialına malik olmasında deyil. Pakistan həm də beynəlxalq qurumlar qarşısında sözünü deyə bilən ölkədir. 

Hindistan Pakistanın ərazi bütövlüyünü şübhə altına alır. Hindistan da Ermənistan kimi Pakistana münasibətdə riyakarlıq edir. Amma Pakistan Hindistanın hədələrindən geri çəkilməyərək, sözünü deyir. Təsadüfi deyil ki, Bakıda olarkən Pakistanın baş naziri Şərif Hindistan dövlətinin terror aktları, təxribatları və iyrənc siyasətindən danışaraq, Azərbaycanın yaşadığı dəhşətli anları özlərinin da yaşadığını bildirdi.
Pakistan bir çox məsələlərə, o cümlədən Qafqazdakı vəziyyətə prinsipial mövqedən yanaşır. Dünya birliyində çox az məmləkət var ki, onlar sağlam qüvvələrin qəzəbinə tuş gəlir. Onlardan biri də mənfur siyasətin daşıyıcısı olan Ermənistandır. Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımayıb. Özbəkistan isə tanısa da, İrəvanda səfirlik açmayıb. Bu da ondan irəli gəlir ki, Ermənistan İslama düşməndir”. 

Həmsöhbətimiz qeyd edir ki, Pakistanın Azərbaycana dəstəyi böyük rola malikdir:

“Ona görə ki, Palistan işlək mövqedə olan bir məmləkətdir. Onun yaxşı potensialı, texnoloji tapıntıları, raketləri var. Ordusu çox güclüdür. Onun nəticəsidir ki, Azərbaycan hərbi texniki sahədə Pakistanla sıx əlaqələr qurub. İki ölkə beynəlxalq meydanlarda da bir cərgədədir, bir-birinə dəstək verirlər.  

Pakistanda belə deyim var, “Bir millət, üç dövlət”. Yəni Pakistan türkdilli dövlət olmasa da, onlar da özlərini Türkiyə və Azərbaycanla bir cərgədə görür. Yəni Pakistan mənən özünü bizə yaxın bilir. Bu da ölkəmiz üçün mühüm dəstəkdir. Türkiyə, Azərbaycan və Pakistan harmonik şəkildə bir yerdədir ki, bu da dünyaya bir örnəkdir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

End of content

No more pages to load

RADİO