Baş prokuror Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib - FOTO 

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bu gün nümayəndə heyəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Forumun qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirərək tədbirin işinə uğurlar arzu edib. 

Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Sahibkarlığa dövlət qayğısı: əlverişli biznes mühitinin formalaşdırılması” sessiyasında Kamran Əliyev “Qanunun aliliyi və iqtisadi tərəqqi” mövzusunda çıxış edib. 

Tədbir iştirakçılarını salamlayan Baş prokuror Rusiyanın müxtəlif regionlarında xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. 
Baş prokuror çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, onlara dövlət tərəfindən maliyyə dəstəyinin artırıldığını qeyd edib. 

Həmçinin, Kamran Əliyev prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, prokurorluğun ictimai, o cümlədən, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb. 

Sessiya zamanı digər natiqlər çıxışlar edib, sessiyaya həsr olunmuş mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev ilə Türkiyənin Baş prokuroru Bekir Şahin, Vyetnam Sosialist Respublikasının Baş prokuroru Le Minh Tri, Tayland Krallığının Baş prokuroru Nari Tantasatien və Çin Xalq Respublikasının Baş prokurorunun müavini Zhang Zhijie arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə cinayətkarlığa qarşı mübarizədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilməklə, maraq kəsb edən bir sıra məsələlər, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib. 
Nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

End of content

No more pages to load

RADİO