Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib - FOTO 

Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti  Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib. 

Bildirilib ki, nümayəndə heyəti Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər. Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin barelyefi ziyarət olunub, dahi rəhbərin əziz xatirəsini yad edilib. 

İyunun 15-də Baş prokuror Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında ikitərəfli görüş keçirilib.  

Görüş zamanı Kamran Əliyev rusiyalı həmkarına səfərə dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verib.  

Rusiyanın Baş prokuroru bu ilin sentyabr ayında Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasına dəvətə görə təşəkkürünü bildirərək tədbirin yüksək səviyyədə təşkil olunacağına dair əminliyini bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. 

Baş prokurorlar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramını imzalayıblar. 

Həmçinin, bu gün Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib. 

Rusiyanın Baş prokuroru İqor Krasnov həmkarlarına Azərbaycan və Erməni xalqlarının ümumi rifahı naminə regionda sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.  

Bundan başqa, üçtərəfli formatın səmərəliliyi qeyd edilməklə regionda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib. 
Kamran Əliyev Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirərək mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının, eyni zamanda ətraf mühitin qorunmasında əhəmiyyətini diqqətə çatdırılmaqla bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edib. 

Baş prokuror bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki əsgərimizin əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü, onlara qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını, habelə iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğunu bildirib. 

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilməklə gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəkləyiblər. 

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

End of content

No more pages to load

RADİO