BMT Baş Assambleyasında Ermənistanın yalanları İFŞA EDİLDİ

BMT Baş Assambleyasında Ermənistanın yalanları və saxtakarlığı ifşa edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Baş Assambleyasının "Sülh mədəniyyəti" gündəliyinə həsr olunmuş plenar iclasındakı çıxışında Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalından danışıb.

"30 ilə yaxın davam edən münaqişə və işğal zamanı, Ermənistan tərəfindən əvvəllər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi talan edilib, dağıdılıb və vandalizmə məruz qalıb. Faktlar həqiqətən şokedicidir və bunlardan bir neçəsini qeyd etmək kifayətdir.

Əvvəllər qəsb olunmuş ərazilərdə 67 məsciddən 64-ü məhv edilib, işğal zamanı məscidlərin donuzlar və inəklər üçün qəsdən axır kimi istifadəsi simvolik olaraq təhqir kimi nəzərdə tutulub".

Səfir qeyd edib ki, üstəlik, müharibənin 2020-ci ilin payızında başa çatmasına baxmayaraq, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi "irqi ədavətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi" tapşırığına açıq-aşkar məhəl qoymayıb.

Belə ki, hələ də Ermənistanda fəaliyyət göstərən təşkilatlar və fizik şəxlər anti-Azərbaycan nifrətini qızışdırmaqda davam edir.

Diplomat Ermənistan nümayəndəsinin səsləndirdiyi qüsurlu və yalan iddialara da cavab verib. Y.Əliyev bildirib ki, Ermənistan təmsilcisinin yalan və nifrət dolu iddiaları onun ölkəsinin diskursunda nifrət, dözümsüzlük və yalanın nə dərəcədə üstünlük təşkil etdiyini və bunun regional sülh, təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaratdığını ortaya qoyur:

"Ermənistanın 200 mindən çox azərbaycanlını tarixi Vətənindən qovmaqla, Azərbaycana qarşı təcavüz həyata keçirib və ölkəmin suveren ərazisinin böyük bir hissəsini işğal edərək, etnik təmizləməyə məruz qoyub. Bu gün Ermənistandan etnik zəmində nifrət və ayrı-seçkilik ittihamlarını eşitmək ironikdir. Erməni uşaqlarına məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir və bu geniş şəkildə qəbul edilən stereotipə çevrilir".

Diplomat çıxışında Azərbaycanın sülh mədəniyyətinin təbliğinə böyük əhəmiyyət verdiyini, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirdiyini və Azərbaycanın müxtəlif təşəbbüsləri uğurla həyata keçirdiyini bildirib.

Y.Əliyev bu məqsədlə BMT-nin Qadınlar Təşkilatı və Siyasi və Sülh Quruculuğu Məsələləri Departamenti ilə Azərbaycan hökuməti birgə reallaşdırdığı layihələrdən bəhs edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallının tanınmış həkimi vəfat etdi

Masallının tanınmış həkimi vəfat etdi

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

End of content

No more pages to load

RADİO