Ərdoğanın Bakı SƏFƏRİ – Türk birliyinə gedən yolda TARİXİ ADDIM – VİDEO 

12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. İstər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənən bu səfər, şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətləri tarixində özünəməxsus yerə malikdir. 

Qardaşlığın simvoluna çevrilən Şuşa

Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəmə sahibdir. Xüsusilə 15 iyun Milli Qurtuluş günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə lideri: "Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq"


İlham Əliyev də çıxışında Şuşa Bəyannaməsini bir daha xatırlatdı:

“Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.

Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. 

Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin hazırki durumu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi dühasının məhsulu olan “Bir millət iki dövlət” ifadəsinin bu gün özünü doğrultduğunu da bir daha sübuta yetirdi.

Təsadüfi deyil ki, qardaş ölkənin lideri “Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza qərarlı şəkildə davam edəcəyik” deməklə dostluğumuzun əbədi olacağını vurğuladı.

Türk birliyinə gedən yol

Bu gün Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaş mövqeyindədir. Sahib olduğu enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətinini artıran başlıca səbəblər sırasındadır. 

Avropanın önəmli enerji təminatçılarından birinə çevrilən Azərbaycan Türkiyə və Orta Asiya türk dövlətlərini birləşdirən, eyni zamanda qarşılıqlı inteqrasiya üçün şərait yaradan mərkəz rolunu oynayır. Məhz bu rol Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafına, dostluq və qardaşlığın sağlam təməllər üzərində inşa edilməsinə təkan verir. 

Digər tərəfdən Türkiyənin sahib olduğu geosiyasi və hərbi güc regionda Azərbaycanın milli maraqlarının təmin olunması baxımından ciddi dəstək mexanizmidir. Türkiyənin “regional güc” obrazı Cənubi Qafqazda qüvvələr tarazılığının təmin olunmasının, bugünkü və gələcəkdəki yeni iqtisadi və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatçısıdır. 

“Zəngəzur dəhlizinin açılması qaçılmazdır”
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması qaçılmazdır” - VİDEO


Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin amanlığın təmin olunması, Orta Asiya ilə əlaqələrin inkişaf etdirilməsi və Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin önəmi məhz bu münasibətlər fonunda daha aydın şəkildə nəzərə çarpır.

Bunun əyani sübutu kimi, liderlərin çıxışlarına nəzər salmaq yetərlidir. Belə ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu, Ərdoğan isə bu dəhlizin hər iki ölkəyə mühüm imkanlar yaradacağını diqqətə çatdırdı.

Son illərdə dəyişən geosiyasi reallıqlar və bu günün şərtləndirdiyi gələcək vizyonu Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərinin mahiyyətini daha aydın izah edir. Dünyanın qütblərə bölündüyü, fərqli mədəniyyətlərin mübarizə meydanına çevrildiyi bir zamanda türk kimliyinin daşıyıcısı və türk dünyasının ayrılmaz parçası olan Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli müttəfiqdir.

Qeyd olunan məqamlar bu gün baş tutan səfərlə birlikdə iki ölkə arasındakı əməkdaşlığın, dostluq və qardaşlıq mühitinin gələcəkdə də yüksələn templə davam edəcəyinin göstəricisi, hər iki ölkənin daha da güclü mövqeyə sahib olacağı yeni reallığın xəbərçisidir.



Anar Tahirov, Bizim.Media informasiya portalının Baş redaktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

End of content

No more pages to load

RADİO