Türkiyə və Azərbaycanın birinci xanımları - Əminə Ərdoğan və Mehriban Əliyeva İçərişəhəri gəziblər.
Bizim.Media xəbər verir ki, Əminə Ərdoğan tvitter hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
"Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır", - deyə Türkiyə liderinin xanımı yazıb.














Bizim.Media