Bu ölkə mətbuatında erməni yalanları ifşa edildi - FOTO

Perunun ən nüfuzlu qəzetlərindən olan “El Comercio”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun erməni yalanlarını tam ifşa edən “Yalanlar etimad və sülhə yardım edə bilməz” adlı ətraflı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, erməni səfirinin həmin nəşrə verdiyi müsahibəsindəki iftira və yalanlarına cavab olaraq qələmə alınmış məqalədə regionun tarixi və burada cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib.

Azərbaycanın əzəli torpağı olan Qarabağın beynəlxalq ictimaiyyət, o cümlədən Peru tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanındığı, bundan əlavə, tarixən azərbaycanlıların yaşadıqları Zəngəzur, Basarkeçər, Göyçə kimi ərazilərdə onillərdir milli-mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılıb silinməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi oxucuların diqqətinə çatdırılıb.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü, işğalçılıq siyasətinin ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş soyqırımı, çoxsaylı dəhşətli müharibə cinayətləri, həyata keçirdikləri etnik təmizləmələr barədə geniş məlumat yer alıb.

Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin insanlığa qarşı bu amansız cinayətləri törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməklə təcavüzkar siyasətlərinə bəraət qazandırmağa cəhd etdikləri vurğulanıb.

Eyni zamanda, Azərbaycanın erməni terrorunun ağır fəsadları ilə qarşılaşmasına baxmayaraq, keçdiyi uğurlu siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Burada ən böyük çətinliklərdən birinin erməni təcavüzkarları tərəfindən həmin torpaqlarda işğal zamanı yüz minlərlə minanın basdırılması və bunun yüzlərlə həmvətənimizin həyatlarını itirmələrinə səbəb olduğu bildirilib.

Monoetnik Ermənistandan fərqli olaraq, tarixən multikulturalizm dəyərlərinə səmimi bağlılığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlara və dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.
Yazıda Laçın yolunun bağlanması və erməni sakinlərin guya “blokada”ya alınması ilə bağlı erməni yalanlarına aydınlıq gətirən səfir M.Talıbov bu iddiaların tamamilə əsassız olduğunu faktlarla sübut edib, nəqliyyat vasitələrinin həmin yoldan sərbəst şəkildə istifadə etdiyi barədə məlumat verib.

Qeyd edilib ki, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni silah, sursat və erməni hərbçi heyətinin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi təsis edib.

Diplomat həmin məntəqənin fəaliyyətindən, onun beynəlxalq sərhəddə şəffaflıq, burada sülh və sabitliyə xidmət etməsindən danışıb.

Məqalədə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və sülh sazişi üzrə danışıqlar barədə ətraflı məlumat verilib, sülh üçün yeganə yolun Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regiondakı kommunikasıyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, Ermənistanın isə ərazi iddialarından əl çəkməsi olduğu vurğulanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

End of content

No more pages to load

RADİO