Elmar Məmmədyarov: “Azərbaycan-Ermənistan sülhü Rusiya üçün daha vacibdir” – ÖZƏL

İyunun 12-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşü müəyyən səbəblər üzündən təxirə salınıb. 

Siyasi ekspertlər hesab edir ki, bu görüşün təxirə salınması fonunda Rusiya öz imkanlarını yenidən səfərbər edəcək. Sülh prosesindəki moderatorluğunu Qərbə güzəştə getməmək üçün Kreml yeni addımlar atacaq.

Təsadüfi deyil ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə bir araya gəlmələri gözlənilir. Yəqin ki, bu görüşdə əsas müzakirə mövzularından biri də Ermənistan-Azərbaycan münasibətləri olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarovdan Brüssel görüşü ilə bağlı AÇIQLAMA – “Qərb əsas söz sahibi olmaq istəyir”


Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bizim.Media-ya açıqlamasında bildirib ki, XİN rəhbərlərinin görüşü bütün hallarda baş tutacaq:

“Son bir ayda həm Brüsseldə, həm Moskvada, həm də Kişinyovda keçirilən görüşlərin yekunu bu oldu ki, bütün tərəflər Ermənistanla Azərbaycan arasənda sülh sazişinin imzalanmasında maraqlıdır. Nəzərə alaq ki, iki ölkə arasında sülhün əldə olunması Rusiya üçün daha çox əhəmiyyətlidir. 

Çünki, sülh nəticəsində fəaliyyətə başlayacaq nəqliyyat dəhlizi Rusiyaya əlavə dividendlər gətirəcək. Bu dəliz Ermənistan üçün də vacibdir. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, kommunikasiyaların bərpası onlar üçün həyati əhəmiyyət kəsb edir”.

Sabiq nazir onu da qeyd etdi ki, Zəngəzur dəhlizi təbii ki, Azərbaycan üçün də az əhəmiyyətli deyil:

“Ən azından Naxçıvana quru yol əldə edirik. Bu dəhliz fars körfəzinə və Avropaya çıxış üçün də Azərbaycana əlavə imkanlar açır. Çünki, Şimal-Cənub nəqliyyat dəhlizinin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun inşası ən azı 2-3 il vaxt aparacaq. Təbii ki, Zəngəzur dəhlizində də dəmir yolunun inşası vaxt aparacaq. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsi yenidən tikilməlidir. Bu da xeyli vəsait və vaxt tələb edir. Amma bütün tərəflər, o cümlədən də Rusiya maraqlıdır ki, dəhliz açılsın”.

Elmar Məmmədyarov sülh sazişinin perspektivlərindən də danışıb:

“Ermənistanla Azərbaycan arasında bağlanmalı olan sülh sazişi barədə mən dəfələrlə demişəm ki, sülh sazişi nə qədər tez imzalansa lap yaxşı. Amma bu saziş olmasa belə Azərbaycan öz inkişaf yolundan geri qalmayacaq.  

Sülh sazişi daha çox Ermənistana lazımdır. Çünki, Ermənistan dinc qonşuluq şəraitində yaşamaq istəsə, daha çox qazanar. Və sülh sazişinin Qarabağdakı ermənilərlə münasibətə heç bir aidiyyəti yoxdur. Çünki, Qarabağ Azərbaycanın daxili işidir. Və cənab Prezidentin dediyi kimi, bu məsələ beynəlxalq müzakirələrə açıq deyil. Ona görə də indiki məqamda Rusiyanın yox, Ermənistanın özünü necə aparmağından çox şey asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO