Azərbaycan XİN Ermənistanın sülhü pozan addımları barədə rəsmi Berlini MƏLUMATLANDIRDI

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri barədə rəsmi Berlinə məlumat verib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib. 

Belə ki, iyunun 7-8-də Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub. 

Siyasi məsləhətləşmələrdə Almaniya nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias Lüttenberq rəhbərlik edib. 

Səfər çərçivəsində həmçinin Almaniya federal prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Zilberman, Federal Kansler Administrasiyasının xarici və təhlükəsizlik siyasəti məsələləri idarəsinin rəisi Kristian Aulbax və Xarici İşlər Nazirliyinin dövlət katibi Zuzanne Bauman ilə görüşlər keçirilib. 

Məsləhətləşmələr və görüşlər zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Ticari və iqtisadi əlaqələr üçün geniş imkanların olduğu vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, kommunikasiya, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 

Eyni zamanda, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrə, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Həmçinin, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər nəzərdən keçirilib. 

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı beynəlxalq səylərin səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Müzakirələr zamanı Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri, o cümlədən bəzi hallarda sülh prosesini pozan addımları barəsində, eləcə də üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı Almaniya tərəfinə geniş məlumat verilib. 
Bununla yanaşı, Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz torpaqlarına qayıtması istiqamətində reallaşdırılan layihələr, humanitar minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq səviyyədə dəstəyin artırılması, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial məkanına reinteqrasiyası ilə bağlı atılan real addımlar və bu addımlara qarşı Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətləri Almaniya tərəfinin diqqətinə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO