Prezident Ələt Azad İqtisadi Zonasının AÇILIŞ MƏRASİMİNDƏ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib. 

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır.

Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır.

Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub. 
Dövlət başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub. 

Məlumat verilib ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək.

Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. 

Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır. 

Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq.

Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib.

Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək. 

Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir: 

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar; 

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur; 

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur; 

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır; 

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur; 

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur; 

- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur; 

- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir; 

- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir. 

Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.
Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək. 






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucarda buğda daşıyan yük maşını qəzaya düşdü - Yaralı var - FOTO

Ucarda buğda daşıyan yük maşını qəzaya düşdü - Yaralı var - FOTO

Əbu-Dabidəki görüş təxirə düşdü - Zelenski açıqladı

Əbu-Dabidəki görüş təxirə düşdü - Zelenski açıqladı

Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl göndərildi - VİDEO

Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl göndərildi - VİDEO

Qayınata və gəlin Qaxda qəzaya düşdü

Qayınata və gəlin Qaxda qəzaya düşdü

Lənkəranda xarici vətəndaşın MÜƏMMALI ÖLÜMÜ

Lənkəranda xarici vətəndaşın MÜƏMMALI ÖLÜMÜ

Kadırovun varisi kim olacaq?

Kadırovun varisi kim olacaq?

Əbu-Dabidə Ukrayna ilə bağlı sülh danışıqlarının 2-ci raundu başlayır

Əbu-Dabidə Ukrayna ilə bağlı sülh danışıqlarının 2-ci raundu başlayır

"Məni Ağdamda çox sevirlər" - Günel Zeynalova

"Məni Ağdamda çox sevirlər" - Günel Zeynalova

Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün 3 şərt irəli sürdü

Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün 3 şərt irəli sürdü

İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

Antalya şəhərində günün 2-ci ağır qəzası - Bu dəfə 6 ölü, 6 yaralı var

Antalya şəhərində günün 2-ci ağır qəzası - Bu dəfə 6 ölü, 6 yaralı var

Xamenei müharibə xəbərdarlığı etdi - VİDEO

Xamenei müharibə xəbərdarlığı etdi - VİDEO

Xankəndi sakini: "Anam də mənimlə bura köçəcəkdi, amma qismət olmadı” - VİDEO

Xankəndi sakini: "Anam də mənimlə bura köçəcəkdi, amma qismət olmadı” - VİDEO

XƏBƏRDARLIQ: Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

XƏBƏRDARLIQ: Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Rusiya Finlandiya sərhədi yaxınlığında sovet qarnizonunu bərpa edir - VİDEO

Rusiya Finlandiya sərhədi yaxınlığında sovet qarnizonunu bərpa edir - VİDEO

Zelenski seçkilərdə yenidən iştirakını istisna etmədi - VİDEO

Zelenski seçkilərdə yenidən iştirakını istisna etmədi - VİDEO

Tramp: “Çin Kanadanı ələ keçirəcək və hokkeyi məhv edəcək” - VİDEO

Tramp: “Çin Kanadanı ələ keçirəcək və hokkeyi məhv edəcək” - VİDEO

Azərbaycanda psixi pozuntular ARTIR - Ən çox rast gəlinən diaqnozlar AÇIQLANDI

Azərbaycanda psixi pozuntular ARTIR - Ən çox rast gəlinən diaqnozlar AÇIQLANDI

Sülh sazişi baş tutmasa, Rusiya yeni işğala başlayacaq – NYT

Sülh sazişi baş tutmasa, Rusiya yeni işğala başlayacaq – NYT

Zelenski: “Rusiya ötən ay Ukraynaya 6 mindən çox dron, 158 raket atıb”

Zelenski: “Rusiya ötən ay Ukraynaya 6 mindən çox dron, 158 raket atıb”

Trampın tapşırığını yerinə yetirmədi - İŞDƏN QOVULDU

Trampın tapşırığını yerinə yetirmədi - İŞDƏN QOVULDU

Aİ ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib

Aİ ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı var - VİDEO

Antalyada sərnişin avtobusu aşdı - 8 ölü, 26 yaralı var - VİDEO

“Barselona” səfərdə qalib gəldi - VİDEO

“Barselona” səfərdə qalib gəldi - VİDEO

End of content

No more pages to load

RADİO