Çinlə ABŞ arasında yeni KARİB BÖHRANI – Böyük toqquşmanın İLK SİQNALLARI

ABŞ-ın “The Wall Street Journal” nəşri Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, Çin Kuba ilə ABŞ-a qarşı casusluq etmək üçün adada hərbi baza qurmaqla bağlı gizli razılaşma əldə ediblər. 

Mətbuat Kubada bir çox hərbi bazaların yerləşdiyi ABŞ-ın cənub-şərqində elektron mesajları dinləməyə və ələ keçirməyə, həmçinin Amerika döyüş gəmilərinin hərəkətinə nəzarət etməyə imkan verən obyektin peyda olacağını yazır.

Baza Florida ştatından təxminən 100 kilometr aralıqda yerləşəcək. ABŞ rəsmiləri hesab edirlər ki, bu qurğu Çinə geniş spektrli informasiya kanallarının monitorinqini əhatə edən siqnal kəşfiyyatı aparmağa imkan verəcək.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-Çin ticarət müharibəsi Britaniya iqtisadiyyatını çökdürəcək – “THE TİMES” 


Mənbələr iddia edir ki, Çin hakimiyyəti bazanın tikintisinə razılıq vermək müqabilində Kubaya bir neçə milyard dollar ödəyib.

Qəzet əlavə edir ki, yeni obyektlə bağlı kəşfiyyat məlumatları ABŞ prezidenti Co Bayden administrasiyasında narahatlıq yaradıb. Bununla belə, ABŞ vəziyyəti diqqətlə izləyir və əks tədbirlər görməyə hazırdır.

Çinin bu addımı Pekinlə Vaşinqton arasında böyük toqquşmanın ilk siqnalları sayıla bilərmi? Yaranmış vəziyyətin növbəti Karib böhranına gətir çıxarması ehtimalı nə dərəcədədir? 

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov düşünür ki, ABŞ-la Çin arasında hər hansı bir ciddi toqquşmalar gözlənilmir:

“Hazırda siyasi və iqtisadi mənada ABŞ-la Çin dünyada bir-birinə qarşı mübarizədə çox ciddi rəqiblər hesab olunurlar. Özəlliklə Rusiyanın Ukrayna müharibəsindən sonra təsirlərinin zəifləyəcəyi gözlənilir. Çinin isə sakit iqtisadi ekspansiya vasitəsilə ABŞ-ı da təhdid etdiyi artıq bir reallıqdır. 

Bu gün Amerikanın özündə belə Çin şəhərləri adlandırılan məhlələr ABŞ iqtisadiyyatında mühüm yerlərdən birinə malikdir. Dünya siyasətinə, Tayvan məsələsinə yanaşmada ABŞ-la Çinin mövqeləri kifayət qədər bir-birilə kəskin ziddiyyət təşkil edir. Amma Çin ABŞ üçün nə qədər potensial iqtisadi və siyasi rəqib olsa da, onların bir-birilə açıq toqquşmaya gedəcəkləri ağlabatan deyil”. 

Ekspert növbəti Karib böhranının yaşanacağını zənn etmir:

“Nəzərə alaq ki, bu gün Çindən uzanan İpək yolu ABŞ-ın ən böyük müttəfiqi olan Böyük Britaniyanın iqtisadiyyatı üçün vacib əhəmiyyətə malikdir. İpək yolu Çin və Britaniya olmadan mümkün deyil. Sözügedən layihə ABŞ-ın Avropadakı iqtisadi maraqlarını da kifayət qədər təmin edir. Həmçinin Rusiyanın təsir imkanlarını da azaldır. 

Bu baxımdan ABŞ-la Çin arasında bir çox məsələlərdə fərqli mövqelər olsa, soyuq savaşlar aparsalar da, indiki halda bu iki ölkənin bir-birilə hansısa formada açıq toqquşmaya gedəcəyini və münasibətlərini tamamilə soyuq məcraya keçirəcəklərini rasional hesab etmirəm. Növbəti Karib böhranı gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO