XİN Armen Qriqoryana CAVAB VERDİ 

8 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib. 

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir:

“Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. 
Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub. 

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 70-ə çatdı

46 şahmatçı mübarizəyə başlayır

46 şahmatçı mübarizəyə başlayır

Oğlunun 18 yaşını Praqada qeyd etdi - FOTO

Oğlunun 18 yaşını Praqada qeyd etdi - FOTO

İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

İranda gənc cütlük etirazlar zamanı ÖLDÜRÜLDÜ - FOTO

Fatihin vəsiyyəti açıqlandı

Fatihin vəsiyyəti açıqlandı

“Anamı cavanlığımda başa düşmürdüm...” – Barat Şəkinskayanın 94 yaşlı qızı

“Anamı cavanlığımda başa düşmürdüm...” – Barat Şəkinskayanın 94 yaşlı qızı

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

Ağsudakı qəzada yaralanan şəxslərin SON DURUMU

ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirəcək? - Vuçiçdən AÇIQLAMA

ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirəcək? - Vuçiçdən AÇIQLAMA

Bu şəxslərin diqqətinə: Fevralın 2-də...

Bu şəxslərin diqqətinə: Fevralın 2-də...

Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı

Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı

Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

Pakistanda DƏHŞƏT YAŞANIR - 100-dən çox ölən var

“Qarabağ”ın rəqibi “Liverpul”a uduzdu - VİDEO

“Qarabağ”ın rəqibi “Liverpul”a uduzdu - VİDEO

Ucarda buğda daşıyan yük maşını qəzaya düşdü - Yaralı var - FOTO

Ucarda buğda daşıyan yük maşını qəzaya düşdü - Yaralı var - FOTO

Əbu-Dabidəki görüş təxirə düşdü - Zelenski açıqladı

Əbu-Dabidəki görüş təxirə düşdü - Zelenski açıqladı

Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl göndərildi - VİDEO

Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl göndərildi - VİDEO

Qayınata və gəlin Qaxda qəzaya düşdü

Qayınata və gəlin Qaxda qəzaya düşdü

Lənkəranda xarici vətəndaşın MÜƏMMALI ÖLÜMÜ

Lənkəranda xarici vətəndaşın MÜƏMMALI ÖLÜMÜ

Kadırovun varisi kim olacaq?

Kadırovun varisi kim olacaq?

Əbu-Dabidə Ukrayna ilə bağlı sülh danışıqlarının 2-ci raundu başlayır

Əbu-Dabidə Ukrayna ilə bağlı sülh danışıqlarının 2-ci raundu başlayır

"Məni Ağdamda çox sevirlər" - Günel Zeynalova

"Məni Ağdamda çox sevirlər" - Günel Zeynalova

Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün 3 şərt irəli sürdü

Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün 3 şərt irəli sürdü

İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

Antalya şəhərində günün 2-ci ağır qəzası - Bu dəfə 6 ölü, 6 yaralı var

Antalya şəhərində günün 2-ci ağır qəzası - Bu dəfə 6 ölü, 6 yaralı var

Xamenei müharibə xəbərdarlığı etdi - VİDEO

Xamenei müharibə xəbərdarlığı etdi - VİDEO

End of content

No more pages to load

RADİO