Sülh sazişi ilə bağlı MÜHÜM İRƏLİLƏYİŞ – “Bu tarixdə yekun mətn təqdim ediləcək”

Xəbər verdiyimiz kimi Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi nəticəsində öz müstəqilliklərini bərpa etdikdən sonra hər iki ölkə üçün ilk dəfə olaraq sülh əlçatandır.

Bəs, Ceyhun Bayramov “ilk dəfə olaraq sülh əlçatandır” deyərkən nələrə işarə edib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev bildirib ki, son iki ayda Azərbaycan-Ermənistan sülh gündəliyində pozitiv bəyanatların səslənməsinə şahidlik edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Aİ Azərbaycanla Ermənistan arasında sülhə nail olmağın yeganə yolunu AÇIQLADI


“Hər iki tərəfdən sülh sazişinin imzalanmasına israrlı addımların və bəyanatların verilməsi onu deməyə əsas verir ki, bu istiqamətdə ciddi mövqe yaxınlaşması var. Digər mühüm məqam isə Vaşinqton görüşündən sonra, Ermənistan tərəfindən tərəddüdlü çıxışlar edilmədən bu pozitivliyin dəstəklənməsi sülhün hüquqi cəhətdən qısa zaman kəsiyində təsbit olunmasına hədəflənib. 

Hətta, Brüssel, Moskva və Kişinyov görüşlərində də sülhün əsasını təşkil edən əsas elementlər kimi sərhədlərin müəyyən edilməsi, anklavlar və Zəngəzur dəhlizi haqqında razılıqların əldə edilməsi məsələləri qabardılıb. Bu, onu deməyə əsas verir ki, 5 əsas prinsipdən 3-ü artıq razılaşdırılıb. 
Dünən isə Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan bir daha Qarabağda yaşayan ermənilərin gələcək taleyinin rəsmi Bakı tərəfindən müəyyən ediləcəyi haqqında bəyanat verdi. Bu bir daha onu sübut edir ki, artıq bu mövzu üzrə mübahisə yarada biləcək məqamlar konteksdən çıxarılıb. 

Ermənistan təhlükəsizlik şurasının katibi tərəfindən ilin sonuna kimi sülh sazişinin imzalanması ehtimalının vurğulanması və eyni zamanda Azərbaycan XİN tərəfindən də dünən verilən bəyanatlar onu deməyə əsas verir ki, ilin sonunda xüsusilə İspaniyada keçiriləcək III Avropa Siyasi Sammitində və ya ondan dərhal sonra bu fakt reallaşa bilər”.

Amid Əliyev onu da əlavə edib ki, ayın 12-də hər iki ölkənin XİN rəhbərləri yenidən Vaşinqtonda görüşəcəklər:

“Ehtimal olunur ki, sülh sazişinin yekun mətni təqdim olunacaq və 21 iyulda Brüssel görüşündə ölkə rəhbərlərinə təqdim ediləcək. Görünən odur ki, Qərb bu məsələdə Rusiyanın moderatorluğunu zəiflətmək yolu ilə tezliklə məsələnin həll olunmasında olduqca maraqlıdır. 
Qərb Ermənistana təzyiq edərək Azərbaycanın dəyişməz və prinsipial mövqeyi əsasında formalaşan gündəliyi qəbul etməyə məcbur edəcək. Əks halda Ermənistana Rusiyanın təzyiqləri artacaq və sülhün əldə olunması yubanacaq. Bu isə əsla Qərbin maraqlarına uyğun gəlmir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO