Ermənistandan növbəti EKOTERROR – Naxçıvanla sərhəddə zavod tikmək planı NƏYƏ HESABLANIB?

Naxçıvan Televiziyası bu günlərdə Ermənistanın Naxçıvan MR ilə sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması barədə süjet yayımladı və bunun Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olduğunu bildirdi. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan əməkdar elm xadimi, AMEA-nın müxbir və həqiqi üzvü və kimya elmləri doktoru, professor Adil Qəribov, Naxçıvan Televiziyasını bu problemi vaxtında qaldırdığına görə təqdir etdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO


Onun sözlərinə görə, bu zavodun məhz Naxçıvanla sərhəddə tikiləcəksə, ilk növbədə onun ekologiyaya və ətraf mühitə təsirləri qiymətləndirilməli və qiymətləndirmə layihəsi bütün sərhəd dövlətlərinə göndərilməlidir: 

“Əhalinin bu məsələyə etiraz etməsi gözəl addımdır. Ona görə ki, yüksək temperatura malik olduğu üçün metallurgiya zavodunun ekologiyaya mənfi təsirləri olduqca çoxdur. Çünki, zavoddan atılan zəhərli tullantılar ilk növbədə atmosferi çirklənəcək. Zavodun Araz çayı kənarında tikiləcəyini də nəzərə alsaq, bunun çaya vuracağı ziyanın miqyası daha böyük olacaq. 

Ermənistan hakimiyyəti bunları bildiyi üçün zavodu bilərəkdən Naxçıvan sərhəddində tikmək istəyir.

Bu aspekdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlik səviyyəsində müraciət hazırlanmalı, zavodla bağlı toplanan bütün faktlar və sənədlər beynəlxalq təşkilatlara göndərilməli rəsmi şəkildə məsələ qaldırılmaldır ki, bu zavodun işə salınması təkcə həm Azərbaycanın və bölgənin ekologiyasına və ətraf mühitinə ziyan vurmayacaq, həm də transsərhəd suların çirklənməsinə səbəb olacaq”.  

Bununla belə, həmin təşkilatlar tərəfindən Azərbaycanın qaldıracağı problemin həlli istiqamətində müsbət addımların atılacağına inanmadığını deyən A.Qəribov buna misal olaraq, Metsamor AES ilə bağlı MAQATE qarşısında qaldırılan problemin hələ də bu günə qədər həll olunmadığını diqqətə çatdırıb:
“Bu təşkilat təəssüf ki, öz nizamnaməsində göstərilən bir müddəa ilə bizə cavab verəcəklər. Həmin müddəada göstərilir ki, nüvə enerjisinə malik olan dövlətlərin bundan dinc məqsədlərlə istifadə etməsi vacibdir. O cümlədən hər bir dövlətin öz ərazisində sənaye müəssisəsi tikmək hüququ var. 

Əgər, həqiqətən də, həmin müəssisənin ətraf mühitə və ekologiyaya mənfi təsiri ilə bağlı əlimizdə faktlar varsa, bunu əsas tutmalıyıq.

Əgər yoxdursa, inanmıram ki, beynəlxalq təşkilatlarda hansısa bir müsbət cavab ala bilək. Çünki, həmin təşkilatlar 30 ildən çox müddət ərzində torpaqlarımızın işğal altında qalmasına və 1 milyondan çox məcburi köçkün və qaçqınlarımızın olmasına səslərini çıxarmadılar”. 

Müsahibizim hesab edir ki, Azərbaycan da Naxçıvan-Ermənistan, sərhəddində, yaxud işğaldan azad olunmuş Qarabağ ərazisində molimetal zavodları və müəssisələri tikməlidir: 

“Çünki, Naxçıvanda və Qarabağda zəngin yeraltı filiz yataqlarımız var və indi biz bu zənginliklərdən rahat şəkildə istifadə edə bilərik. Ermənilərin bu zavodun tikilməsi ilə kifayətlənəcəklərini düşünmürəm.

Çünki, bizdə onların Naxçıvan sərhəddində uran yataqlarının axtarışı ilə məşğul olduqları barədə məlumatlar var. Hətta bu yataqlardan birgə istifadə ilə bağlı Rusiyaya müraciət də ediblər. Ancaq bu yataqların potensialı çox az olduğu üçün ruslar onlarla razılaşmamışdılar. 

Bununla belə, ermənilər Azərbaycana ziyan vurmaq üçün həmin sərvətlərdən istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaqlar”. 

Qeyd edək ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Naxçıvan MR-lə sərhəddə zavod tikməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb: 

“Bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir. 
Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO