Azərbaycan-Ermənistan sərhədində YENİ DÖNƏM – Rusiya oyundan kənar vəziyyətdə QALIR?

Xəbər verdiyimiz kimi, iyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə İşçi Qrupunun 12-ci iclası keçirilib. İclas Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə baş tutub.

Verilən məlumata görə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkilində konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Məsələyə toxunan Ermənistan Təhlükəsizlik  Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, Moskvadakı Üçtərəfli İşçi Qrupunun görüşündə Ermənistan sərhədlərinə Rusiyanın deyil, Ermənistanın nəzarət edəcəyi razılaşdırılıb. 

Maraqlıdır ki, 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin Rusiya sərhədçilərinin qoruyacağı barədə müddəa yer alıb. Amma Qriqoryanın açıqlamasından belə görünür ki, həmin əraziyə Ermənistan özü nəzarət edəcək. Belə olan halda, Moskvanın həmin razılaşmanın öz marağına cavab verən hissəsindən geri çəkilməsi elə də inandırıcı görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır" - Nazir 


Maraqlıdır, Rusiyanın bu məsələdə oyundan kənar vəziyyətə salınması, hansı nəticələri doğuracaq?

Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Qriqoryanın dedikləri sadəcə olaraq, Azərbaycanla Rusiya arasında münasibətlərə gərginlik toxumu səpməyə hesablanmış addımdır: 

“Rusiyanın özünün iştirakı ilə keçirilən görüşlərdə bu ölkəni təmsil edən məmurun Moskvanın oyundankənar vəziyyətdə qalmasına bu və ya digər şəkildə təsir göstərəcək hər hansı bir razılaşmaya qətiyyən imza atmaz. Bu mənada düşünürəm ki, Qriqoryanın açıqlaması sadəcə olaraq dezinformasiyadır. 

Ermənistan politoloq və siyasilərin əksəriyyəti bilərəkdən Bakı ilə Moskva arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Bu isə İrəvanı qıcıqlandırır. İrəvanla Moskva arasında olan gərginlik isə prinsip etibarı ilə Azərbaycana problemi Rusiyanın da vasitəsilə həll etməyə gözəl imkanlar yaradır”. 

Həmsöhbətimizin sözlərinə görə, erməni tərəfi bilərəkdən belə dezinformasiya xarakterli məlumatları ortaya atır ki, Azərbaycan-Rusiya münasibətlərində İrəvan və Qərbin maraqlarına cavab verən tendensiyanın yaranmasına nail olsun:

“Üçtərəfli bəyanatın şərtlərinə görə, dəhliz açılacağı təqdirdə, ona rus sərhədçiləri nəzarət edəcək. Buna Paşinyanın özü də imza atıb. Qərb isə Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda israrlıdır. Rusiya heç bir halda Qriqoryanın dediklərinə getməyəcək. Ona görə də dediyim kimi, onun söylədikləri dezinformasiyadır. Hazırkı geosiyasi reallıq şəraitində ən yaxşı variant dəhlizə Rusiya sərhədçilərinin nəzarətinin təmin edilməsidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

End of content

No more pages to load

RADİO