Ermənistanı əslində kim cəzalandırdı? – ABŞ və Rusiya regionu düzənə qaytarmaq istəyir

Regionun konflikt ocağına çevrilən Ermənistan əslində kiminsə əli ilə kötək yeməliydi. Bir zaman “lazım olanı” edən bir marianet “dur” işarəsinə adekvat münasibət bəsləmədiyindən yerinə otuzdurulması lazım idi. Dünyanın “başbilən və işbilən” gücləri bu “ərköyünlükdən” bezmişdilər. Yəni, 30 il çox oldu, Ermənistan kötəyi haqq etmişdi.

Bu mərhələ bitdi, Ermənistan indi hansı dövrün başladığını yenə də başa düşməsə, Köçaryanın dediyi “müharibə” olacaq, amma bunun Azərbaycan üçün heç bir təhlükəsi yoxdur, çünki regionda məsələ aydındır, biz nəticəsi bəlli oyunlarda oyunçuyuq. Azərbaycan elə bir mövqe seçib ki, onun atdığı bütün toplar qoldur.

Keçək təfərrüata...

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın xarici işlər naziri Antoni Blinken arasında telefon danışığı baş tutub. Ermənistan Nazirlər Kabinetindən verilən açıqlamada danışıq zamanı Ermənistandakı vəziyyət, ABŞ-ın ölkədəki demokratik qurumlara dəstək verəcəyi və Qarabağla bağlı problemlərin həll olunmasında ABŞ-ın yaxından iştirakı kimi məsələlər müzakirə olunub.

Rəsmi məlumatlardan əlavə tərəflərin telefon danışığı zamanı müzakirə etdikləri digər məsələlər barəsində isə məlumat verilməyib.

Hər iki ölkə rəsmiləri arasında baş tutan telefon danışığı bir sıra səbəblərdən dolayı olduqca əhəmiyyətlidir. Görüşün önəmini tam olarq başa düşmək üçün ABŞ xarici işlər naziri Blinkenin son günlərdə yeni xarici siyasət xətti ilə bağlı verdiyi açıqlamalara diqqət yetirmək lazımdır.

Belə ki, ABŞ-ın hərbi gücdən birbaşa istifadə ilə uğurlu nəticələr almadığına diqqət çəkən Blinken, daha səmərəli yolun diplomatik və hərbi vasitələrdən parallel olaraq istifadə olduğunu qeyd edib. Görünən odur ki, ABŞ yeni xarici siyasət strategiyasını həyata keçirmək üçün gecikməyib.

Son aylarda baş verən proseslər ABŞ-ın yeni xarici siyasət strategiyasında Cənubi Qafqazın önəmini daha da artırıb.

Mühüm enerji nəqliyyat dəhlizinin yerləşdiyi region ABŞ-la Rusiya arasında son onillikdə əsas münaqişə meydanı hesab olunurdu. Gürcüstandakı demokratikləşmə dalğası və Rusiyanın hərbi müdaxiləsi regional maraqların toqquşması ilə nəticələnib. ABŞ və Rusiyanın növbəti toqquşma nöqtəsi isə Ermənistan olub.

Xüsusilə 2018-ci il inqilabı nəticəsində ABŞ Ermənistandakı varlığını daha da gücləndirib. Rusiyanın ABŞ-a qarşı cavab həmləsi isə Qarabağ münaqişəsinin aktiv fazaya keçməsinə təkan vermək və nəticə etibarilə Qarabağda sülhməramlı kontingentini yerləşdirmək oldu. ABŞ-ın gözlənilən yeni həmləsinin də Ermənistan üzərindən olacağı aydındır. Çünki hazırda Ermənstanda ABŞ-ın maraqlarına birbaşa cavab verən hökümət var.

Son 30 ildə Qarabağ məsələsinin həllini birbaşa Rusiyanın tabeliyinə vermək bütün Cənubi Qafqazın itirilməsi ilə nəticələnmişdi. Bu vaxta qədər ABŞ regional fəaliyyətlərində daha çox hərbi güc amilinə əsaslanırdı. ABŞ hərbi qüvvələrinin müdaxilə imkanı olmayan ərazilərdə ABŞ maraqları ya təmin olunmur, ya da bu regionlardakı maraqları prioritetə çevrilmirdi.

Yeni strateji xətt isə təkcə hərbi gücü yox, həm də diplomatik gücdən istifadəni şərtləndirdiyi üçün problemlərə yanaşma metodları da dəyişilib.

Bu arada maraqlı bir nüansa da diqqətinizi çəkmək istərdim. Cənubu Qafqazda bir xarici dövlətin, Rusiyanın hərbi bazası var, Ermənistandadır. Dünyada isə ABŞ-ın ən böyük səfirliklərindən biri elə o da Ermənistandadır.

Ermənistan savaş alanıdır yəni (poliqon), bu millətin naturası onun-bunun sözü ilə oturub-durub öz varlığını təsdiq eləməkdən ibarətdir.

Əvvəldə dediyim fikrə qayıdıram, nadinclik edəni kötəkləyirlər. Bunu hər iki valideyin birlikdə və ayrı-ayrılıqda da edə bilər. Nə qədər ki, Ermənistan böyüyüb, ağıllanıb həddi-buluğa çatmayıb, belə qapazaltı olaraq qalacaq.

Bir də bir neçə fakt: ABŞ nəhayət ki, “ayılıb”, Ermənistan yadına düşüb. Vaşinqton son bir neçə gündə artıq rəsmi İrəvana “Türkiyə və Azərbaycanla dost olmağa yardım”, Ermənistanı Rusiyanın “danlağından” qorumaq üçün dəstək və s. adlarla bu zavallıların başını tumarlamaq variantına keçib. Yəni, pul ayırıb, yəqin qarşıdakı günlərdə də belə addımların şahidi olacağıq.

Bu tərfdən isə Gürcüstan və Ukrayna NATO yolunda irəliləyir.

Demək, super güclər maraq nöqtələrində həmişə imkanları balanslaşdırır.

Ən vacib məsələ isə iqtisadi layihələrin gerçəkləşməsi və mümkün iqtisadi əməkdaşlıqlardır. Bu yolda super güclər əngəl tanımır...

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO