“TikTok”un rəsmiləri Bakıda nazirlə nəyi müzakirə etdi? - FOTO

Mədəniyyət naziri Adil Kərimli mayın 31-də ölkəmizdə səfərdə olan “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri görüşüb.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan nazir Adil Kərimli vurğulayıb ki, müasir rəqəmsal platformalar cəmiyyətdə, fərdlərin və ictimai fikrin formalaşmasında mühüm rol oynayır.

Bu baxımdan yeni, maraqlı məzmunun yaradılması, rəqəmsal məzmunun keyfiyyətinin yüksəldilməsi yeni mədəniyyət strategiyasının bir neçə prioritet istiqamətləri ilə əhatə olunacaq fəaliyyətdir.

"TikTok" platforması ölkə üzrə 600 minə qədər istifadəçiləri və bir milyondan çox baxış sayı olan ən böyük platformalardan biridir, ona görə də buradakı məzmunun pozitiv, mənəvi dəyərlərə söykənən, elmi təbliğata köklənmiş, maarifləndirici olması istiqamətində inkişafı vacib şərtlərdən biridir.

Bu platformada Azərbaycan mədəniyyətinin təbliği, davranış mədəniyyətinin formalaşdırılması və bu kimi məqsədlərlə xidmət edən rəqəmsal məzmunun yerləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Azərbaycan Republikasının Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan "TikTok" platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir.

Son zamanlar bir çox ölkələrdə "TikTok" platformasından sui-istifadə halları da müşahidə olunmaqdadır.

Cəmiyyətlərin maraqlarına, ümumbəşəri dəyərlərə zidd məzmunların paylaşılması nəticəsində insanlarda və bütövlükdə cəmiyyətdə dözümsüzlük, aqressiya, mənəvi və estetik primitivizm, intellektual deqradasiya artır, faydalı ola biləcək resursun imkanlarından zorakılığın təbliğatı və bu kimi mənfi tendensiyaların yaranması üçün istifadə edilir.
Qeyd olunan məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir.

Qonaqlar “TikTok” platformasının fəaliyyət mexanizmləri və hüquqi çərçivələri haqqında nazirə ətraflı məlumat veriblər, Azərbaycan mədəniyyəti ilə bağlı məzmunun keyfiyyətinin artırılması üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. 2016-cı ildə Çində yaradılan və 2018-ci beynəlxalq versiyası istifadəyə verilən videoplatforma qısa müddətdə bütün dünyada yayılıb.
Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var. “TikTok”un onlarla ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Videoplatformanın interfeysi 50-dək dildə təqdim olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

End of content

No more pages to load

RADİO