Bratislava Forumu: Hikmət Hacıyev Qriqoryanla sülh prosesini MÜZAKİRƏ ETDİ

Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2023 Bratislava Forumu keçirilib. Forumda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yayıb.

Forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar.

Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub.

O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.

Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir.

O Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir.

Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alm-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq.

Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsi gəldikdə Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və baş məsləhətçisi Şahmar Hacıyev də GLOBSEC 2023 Forumda iştirak edib.

GLOBSEC-lə əməkdaşlıq çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən forum çərçivəsində “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan nəticələr və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Tədbirdə çıxışı zamanı Esmira Cəfərova Avropada mövcud olan enerji böhranı və Aİ-Azərbaycan enerji tərəfdaşlığı barədə danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

"Qarabağ"dan daha bir qələbə - VİDEO

"Qarabağ"dan daha bir qələbə - VİDEO

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

ABŞ İran savaşı üçün öncə bu addımı atır

ABŞ İran savaşı üçün öncə bu addımı atır

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

ABŞ-da saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

Qurban Qurbanov hakimin qərarına əsəbiləşdi - VİDEO

Qurban Qurbanov hakimin qərarına əsəbiləşdi - VİDEO

Azərbaycanda 67 yaşlı general evləndi – Özündən 35 yaş kiçik xanımla

Azərbaycanda 67 yaşlı general evləndi – Özündən 35 yaş kiçik xanımla

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi - VİDEO

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi - VİDEO

Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Bella Hadidin keçmiş sevgilisi həbs edildi

Pezeşkianın ofisi o SİYAHINI YAYDI - 2986 nəfərin adı var...

Pezeşkianın ofisi o SİYAHINI YAYDI - 2986 nəfərin adı var...

Sinem Kobal 226 dostunu sildi

Sinem Kobal 226 dostunu sildi

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

İsmayıllıda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

SON DƏQİQƏ: İran ABŞ gəmilərinin üzərinə PUA GÖNDƏRDİ

Bakıda “Mercedes” avtomobili yandı

Bakıda “Mercedes” avtomobili yandı

End of content

No more pages to load

RADİO