''Ermənilərin Qarabağdan sonra hücum hədəfi Naxçıvan idi'' - Prezident

Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitində yaşayan respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında Ulu Öndərin Naxçıvan dövrü barədə danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Ardıcıllıqla biz öz hədəflərimizə çatırıq'' - Prezident


“Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər”, - deyə Prezident vurğulayıb.

Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımlarının xalq tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev deyib:

“O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi.

Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı.

Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”.

Prezident qeyd edib ki, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən ikiəlli yapışmışdı və onu buraxmaq istəmirdi.

Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

“Nyukasl” Bakı GƏZİNTİSİNDƏ - FOTO

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

Orxan Lökbatanlının ölüm xəbəri yayıldı - FOTO

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

"Nyukasl"ın hücumçusu ÇL rekordunu TƏKRARLADI

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic oldu – Həkimləri günahkar bilir - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Azərbaycanda Ramazan ayı BAŞLADI

Azərbaycanda Ramazan ayı BAŞLADI

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Cenevrədə Ukrayna üzrə danışıqlarda mühüm irəliləyiş əldə edilib” - Ağ Ev

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“38 ildir evliyik, elə bir gün olmayıb ki, yoldaşım evdə olmasın” - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

“Qarabağ” - "Nyukasl" matçında 7 qol - VİDEO

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

Ən uzunömürlü BÜRCLƏR: 90 il yaşayırlar

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

“Qarabağ” ikinci hissəyə qolla başladı - VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Qarabağ” - “Nyukasl” oyununun ilk hissəsi 0:5 hesabla BİTDİ - VİDEO

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Rusiya Kubaya qarşı yeni məhdudiyyətləri qəbuledilməz hesab edir” — Putin

“Nyukasl”dan ard-arda qollar - VİDEO

“Nyukasl”dan ard-arda qollar - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

End of content

No more pages to load

RADİO