''Bizə tam qələbə lazım idi'' - İlham Əliyevin YAP-ın qurultayında çıxışı - FOTO

"Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib:

“Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib.

“Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil.

Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi.

Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, - deyə Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün ikinci yarısından duman çəkiləcək

Günün ikinci yarısından duman çəkiləcək

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Ramazana görə məhbusları əfv etdilər

Ramazana görə məhbusları əfv etdilər

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Foreign Policy: “İran təhlükəli səhv edir”

Foreign Policy: “İran təhlükəli səhv edir”

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Yeni dövlət qurumu yaradıldı

Yeni dövlət qurumu yaradıldı

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Ucarda məktəb yandı - FOTO

Ucarda məktəb yandı - FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

End of content

No more pages to load

RADİO