İsrail Prezidenti İlham Əliyevi təbrik etdi

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik.

İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir.

Səfirliyin açılması Sizin atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Gözəl ölkəniz barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və görməli yerləri, xalqınızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox eşitmişəm.

Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.

Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Kadi 3 ay sonra meydana qayıtdı - VİDEO

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

Bu məşhurlar haqda saxlanılma qərarı çıxarıldı

"Qarabağ"dan daha bir qələbə - VİDEO

"Qarabağ"dan daha bir qələbə - VİDEO

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində

ABŞ İran savaşı üçün öncə bu addımı atır

ABŞ İran savaşı üçün öncə bu addımı atır

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

“Qarabağ”ın oyunçusuna qarşı sərt oynadı, hakim “qırmızı” vermədi - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

"Evimizi sökdülər, 10 ildir binanı təhvil vermirlər" - VİDEO

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur? - FOTOFAKT

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

"Real Madrid" son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi - 15 ölü, 7 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO