Ermənistanda “meydan teatrı” sona çatır – Paşinyanın SON MONOLOQU

Ermənistandaki siyasi gərginlik hələ də həll olunmadan qalır. Lakin 1 mart tarixində baş nazir Nikol Paşinyanın Yerevanda təşkil etdiyi böyük mitinq Ermənistan siyasi sferasına ciddi təsir edib.

Belə ki, artıq parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyaları baş nazir Nikol Paşinyanla siyasi böhrandan çıxış yolları ilə bağlı məsələhətləşmələrə razılıq veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

ASALA-nı yaradan Ana Partiya “Daşnaksütyun” - TARİX


Baş nazir Nikol Paşinyanla müxalif partiyaların sədrləri Edmond Marukyan və Gagik Tsarukyan arasında dünən və bu gün iki tərəfli görüşlər keçirilib. Hər iki müxalif partiya parlamentdə hakim “Mənim addımım” fraksiyasından sonra say çoxluğuna malik partiyalardır.

Bu günə qədər baş nazirə qarşı radikal mövqedə çıxış edən və yalnız istefa çağırışları edən bu partiyaların indi müzakirə masasında təmsil olunması bəzi məqamlardan xəbər verir.


İlk öncə qeyd edək ki, Paşinyanın 1 mart mitinqidə çoxsaylı tərəfdarını küçələrə çıxarması Ermənistandakı gözləntiləri ciddi şəkildə dəyişdirib. Artıq hər kəs Paşinyanın ciddi nüfuza və çoxsaylı tərəfdarlara malik olduğunu başa düşür.

Bu isə o deməkdir ki, Paşinyanı hərbi və ya siyasi yolla istefaya məcbur etmək mümkün olmayacaq. Elə baş nazir özü də mitinq zamanı tərəfdarlarına bunun mesajlarını verib. Mövcud reallıq parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarını da vəziyyəti yenidən təhlil etməyə məcbur edib.

1 mart mitinqi Paşinyanın özünü və hakim “Mənim addımım” farksiyasının mövqelərini də bir xeyli rahatladıb.

Xalqın dəstəyinə arxalanan Paşinyan mitinq zamanı növbədən kənar seçki keçirmək və oktyabr ayında ümumi referenduma getmək təklifini səsləndirib. Lakin bir sıra müxalif qruplar bu təklifləri qəbul edilməz hesab edir.

1 mart mitinqindəki mənzərədən sonra bu şərtlərdə hər hansı seçkiyə gedilərsə, müxalifətin heç bir şansının olmayacağı aydındı.
 

Müxalifət sadəcə olaraq keçmiş prezidentlərdən Robart Koçaryan və ya Serj Sarkisyanın seçkidə birbaşa iştirak edəcəyi təqdirdə hər hansı şanslarının olacağını bilir. Vazgen Manukyanın vahid namizəd olaraq nüfuzu isə demək olar ki, yoxdur.


Paşinyan başa düşür ki, Ermənistandakı siyasi gərginlik təkrar seçkiyə getsə və qalib gəlsə belə dəyişməyəcək. Yenə də onun istefasını tələb edən müxalif qruplar olacaq, ordu və prezidentlə vaxtaşırı problemlər yaşanacaq. Bu ilk növbədə Ermənistanın hazırkı siyasi sistemi ilə bağlı problemdir.

Paşinyanın siyasi sistemdəki problemləri həll etməmiş, öz hakimiyyətini möhkəmləndirməsi ehtimalı real görünmür. Hazırkı Ermənistan sistemi isə parlamentli respublikadır və ciddi dəyişikliklər üçün parlamentdə mütləq üstünlüyə sahib olmaq lazımdır.

“Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” partiyaları razı salınmadan isə mütləq üstünülüyü əldə etmək indiki halda mümkün deyil.

Bu baxımdan Paşinyan 1 mart mitinqinin nəticələrindən ilk olaraq parlament müxalifətini müzakirələrə dəvət etmək üçün istifadə edir. Bu partiyalar yaxşı başa düşür ki, növbədənkənar seçkilərdə hazırda əllərində olan mandatları itirə bilərlər. Çünki Paşinyana etimad göz önündədir. Ancaq müxalifət partiyalarının razılığı olmadan keçiriləcək hər hansı seçki də ciddi etimad problemi ilə qarşı-qarşıya qalacaq.
 

Paşinyan da bunu yaxşı bilir, ona görə də bu partiyaları xüsusi memorandumun imzalanmasına dəvət edir.


Dolayısı ilə 2 müxalif partiyaya mövcud mandatları qoruyub saxlamaq şərti ilə “Mənim addımım” fraksiyası ilə birgə hərəkət etmək təklif olunur. Bu birgə fəaliyyət Paşinyana prezidentə və orduya qarşı əlini gücləndirəcək və daha çox təsir imkanı verəcək. Müxalifət partiyaları üçünsə bu seçim mövcud mandat sayının qorunub saxlanılması və ya daha da artırılması fürsəti deməkdir.

Əgər bu müzakirlərdə gözlənilən nəticə çıxarsa, Ermənistanda siyasi proseslərin meydan mərhələsi sona çatacaq və ölkənin vəziyyəti artıq parlamentdə həll olunacaq.

Parlamentdəki müxalifət partiyalarının da razılığı ilə keçiriləcək növbədənkənar seçki Paşinyanın mövqelərini daha da gücləndirəcək, müxalifət partiyaları isə mandat saylarını qoruyacaq. Paşinyan və 2 müxalif partiyanın ittifaqı prezident və ordunun gücünü azaltmağı nəzərdə tutan referendum üçün yetərli mütləq çoxluğu təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün ikinci yarısından duman çəkiləcək

Günün ikinci yarısından duman çəkiləcək

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Ramazana görə məhbusları əfv etdilər

Ramazana görə məhbusları əfv etdilər

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Foreign Policy: “İran təhlükəli səhv edir”

Foreign Policy: “İran təhlükəli səhv edir”

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Yeni dövlət qurumu yaradıldı

Yeni dövlət qurumu yaradıldı

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Ucarda məktəb yandı - FOTO

Ucarda məktəb yandı - FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

End of content

No more pages to load

RADİO