Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO

26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş keçirilib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib. 

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində yaxından əməkdaşlıq etdiyini bildirib. Tərəflər, həmçinin post‐münaqişə dövründə bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparıblar. 
Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub.

COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikası tərəfindən bir çox ölkələrə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb. 

Nazir daha sonra, qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb. 
Ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib.

BMT nümayəndəsi ölkəmizi “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda mühüm beynəlxalq humanitar konfransın keçirilməsinə görə təbriklərini çatdırıb. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO