Serbiya Prezidenti İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, mətndə deyilir: 

"Möhtərəm cənab Prezident! 

Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm. 

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın 20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur. 

Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik. Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi. 
Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir. 

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və ölkənizin bütün vətəndaşlarını Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bu il qeyd etdiyiniz 100 illik yubileyi münasibətilə təbrik edirəm. Biz Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırlayırıq. 2022-ci ilin dekabrında yenidən ziyarət etdiyim möhtəşəm Heydər Əliyev Mərkəzi məni çox təsirləndirdi. İcazə verin, bir daha xatırladım ki, Heydər Əliyevin abidəsi Belqradın ən gözəl parklarından biri olan Taşmaydan parkında da ucaldılıb. 

Fürsətdən istifadə edərək, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə ölkənizin verdiyi prinsipial dəstəyə və bu yaxınlarda Kosovonun Avropa Şurasına qəbulu üçün prosedurların başlanılması haqqında qərarın əleyhinə verdiyiniz səslə beynəlxalq hüquqa bir daha göstərmiş olduğunuz bağlılığınıza görə dərin təşəkkürümü bildirmək istərdim.
Serbiya bunu qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan səmimi, daimi dostluğun təcəssümü kimi dəyərləndirdiyi üçün bu addımı heç vaxt unutmayacaq. Əmin olun ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək. 

Möhtərəm cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Azərbaycan şahmatçısı Niderlandda 3-cü oldu

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqlardan biri VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO