Türkiyədən Azərbaycanı hədəfə alanlar kimlərdir? — Nagihan Alçının bitməyən “erməni sevgisi”...

Türkiyədə seçki mübarizəsi qızışdığı bir vaxtda prosesi maraqla izləyən Azərbaycana qarşı da ittihamlar irəli sürülür. Bu ittihamların mənbəyi “altılı masa” ətrafında birləşən müxalifətdir, xüsusilə media üzərindən Azərbaycanın Türkiyədəki seçkilərə qarışdığına dair iddialar irəli sürülür.

Bu iddiaların iki tərəfi var, bir medalyonun iki üzü olduğu kimi...

Bir tərəfi Türkiyə müxalifətində Ərdoğanın Azərbaycan xalqı tərəfindən sevilməsinə görə yaşanan kompleksdir. Türkiyə Prezidentinə Azərbaycanda xoş münasibətlərin səbəbləri haqda çox danışa, yaza bilərik, lakin təkcə 44 günlük Vətən müharibəsində sərgilədiyi mövqe bunun üçün yetərlidir. 

Eyni müharibədə hazırki müxalifət cəbhəsindən Ermənistanın maraqlarının müdafiəsi məqsədinə Azərbaycana qarşı irəli sürülən ittihamları da xalq olaraq unutmamışıq.

Burada həm də I turda məğlub olan və II turda məğlub olacağı qaçılmaz görünən müxalifətin öz məğlubiyyətinə haqq qazandırmaq çırpınışları da aydın görünür. Misal üçün, əvvəl Rusiyanı ittiham edirdilər, indi də Azərbaycanı...


Medalyonun digər və əsas üzü isə daha dərinlərə, erməni lobbisinə, erməni sevgisinə və beynəlxalq səviyyədə mafiya kimi şəbəkələşmiş anti-Azərbaycan dairələrinə qədər gedib çıxır. Burada SOROS fondunun da izləri aydın görünür...
Bunu jurnalist Nagihan Alçının timsalında daha aydın görə bilərik. Erməni sevgisi ilə məşhur olan Nagihan Alçı I turda 5 faiz səs toplayan və seçkinin II tura qalmasını təmin edən Sinan Oğanı Ərdoğanı dəstəklədiyinə görə ittiham edir və onun dəstəyinin “İlham Əliyevin planı” olduğunu iddia edir. Bu iddia artıq CHP-yə yaxın media tərəfindən günlərdir gündəmə gətirilməkdədir. 

Belə iddialar Türkiyədə Azərbaycan əleyhinə fikirlərin formalaşması, Türkiyə-Azərbaycan qardaşlığının zədələnməsi məqsədinə xidmət edir.

Burada ən çox maraqlı olan da Ermənistan, erməni diasporu və lobbisi, eləcə də anti-Azərbaycan dairələrdir. Nagihan Alçı da bu qarayaxma kampaniyasında lokomotiv rolunu üzərinə götürənlərdən biridir. İzlərin ermənilərə qədər gedib çıxdığını anlamaq üçün Nagihan Alçının kimliyinə, fəaliyyətinə diqqət etmək lazımdır.


“Biz Türkiye’de yanlış yapmışız. Şimdi anlıyorum ki, Dağlık Karabağ yüzde yüz ermeni toprağıdır ve siz bu toprakları vermemek için yeteri kadar kararlısınız”.

Anadolu türkcəsində təqdim etdiyimiz bu ifadələr Nagihan Alçıya məxsusdur. Türkiyəli jurnalist işğal dövründə Qarabağa qanunsuz səfər edərək, orada erməni separatçıları ilə görüşməsi və onları “dövlət” kimi təqdim etməsi ilə məşhurdur. Bu səfəri təşkil edən, ümumiyyətlə Nagihan Alçıya “erməni sevgisini” aşılayan Aris Nalçıdır.

A.Nalçı “Agos”, “Taraf” kimi qəzetlərdə illərlə ermənilərin maraqlarına xidmət edən yazılar yazıb, hazırda da eyni mövqedədir. SOROS-a bağlı bu şəbəkədə Nagihan Alçıda yer alır və o, Türkiyə dövlətinə “qatil dövlət” dediyi kimi, Azərbaycan torpaqlarğındakı erməni işğalına da haqq qazandırır, həmçinin, qondarma “erməni soyqırımı”nı təbliğ edir.
Türkiyədə milli xətti – Ərdoğanı devirmək, Türkiyə-Azərbaycan qardaşlığını zədələmək, ümumilikdə türk dünyasındakı birliyi hədəfə alan qüvvələr indi də Nagihan Alçı kimi maşaları dövriyyəyə salıb.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO