“Rusiyanın adamı deyiləm, Ukraynada “Persona non grata” adlandırılmağım gülüncdür” — Elmira Axundova

Bizim.Media Xalq yazıçısı, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın Demokrat.az-a müsahibəsini təqdim edir:

— Elmira xanım, belə bir iddialar səsləndirilir ki, siz Ukraynaya səfir gedəndən sonra səfirliyə məxsus olan binanı 6 milyona satmısız. Bu iddialara münasibətinizi bilmək istərdik…

— Bu səsləndirilən iddialar çox gülüncdür. Çünki dövlətə məxsus bina necə satıla bilər?! Özünüz başa düşürsünüz ki, bu cəfəngiyyatdır. Əksinə, təvazökarlıqdan uzaq da olsa, mənim o binada ən azı 20 min dollarlıq işlərim qalıb.

Yəni, o zamanlar mən gələndə iqamətgahın ikinci mərtəbəsi çox pis vəziyyətdə idi. Qapıları, pəncərələri və s. hamısı pis durumda idi. Mən o zamanlar Xarici İşlər Nazirliyindən xahiş etdim ki, ora təmir olunsun. Beləliklə, binanın təmirinin bir hissəsi Xarici İşlər Nazirliyinin hesabına, təxminin 18 mini isə mənim hesabıma həyata keçirildi. 
Daha sonra isə ora öz hesabıma 5-6 minlik avadanlıq da aldım. Hazırda bütün bunların hamısı orada durur. Hamı da bilir ki, mən öz şəxsi hesabıma iqamətgahı təmir etmişəm və avadanlıqla təchiz etmişəm. Bununla da fəxr edirəm. Hətta, orada bizə məxsus olan torpaq da var idi, ancaq o satılmışdı və mən onu da geri qaytardım. 

Bu barədə səsləndirilən iddialar isə gülünc və səfehdir. Mən onu nəinki qəbul etmirəm, əksinə, qeyd edim ki, öz şəxsi hesablarıma etdiklərim də həmin binada qalacaq.

—  Adınızın Ukrayna dövləti tərəfindən “Persona non grata” elan edildiyi də iddia edilirdi. Ukrayna dövlətinin sizi “Rusiyanın adamı” olmaqda ittiham etdiyi barədə şayiələr gəzir. Bu cür məlumatlar haradan qaynaqlanırdı? 

—  Mənim “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım  və s. hamısı həqiqətən də gülüncdür. Mən Rusiyanın adamı deyiləm, əksinə iki il yarım Ukraynada işləmişəm. Özümü hər zaman Azərbaycanın adamı kimi göstərmişəm. 

Ukraynada Qazaxıstan səfiri var idi, indi də deyəsən orada işləyir. Deyir, “Elmira xanım Qarabağ müharibəsi dövründə şir kimi vuruşurdu. Hər gün onu televiziya kanallarında görürdük. Doğrudan da, Azərbaycan mənafelərini çox ciddi qoruyurdu”. 

Eyni zamanda hamı bilir ki, anam ukraynalıdır. Özü də Zaporojyedə Siç deyilən kazak nəslindəndir. Mən Ukraynanı çox sevirəm və məni də Ukraynada çox yaxşı qəbul ediblər. Yolumu da gözləyirdilər, sadəcə Azərbaycan tərəfi məni qoruyaraq deyirdi ki, xanımsan, hazırda qadınlara orada yer yoxdur.
Mənimlə bərabər iki xanım - bir deputat, bir də köməkçisi qayıtmışdı. Heç birinə də sonra ora qayıtmağa icazə verilmədi və onlar da Bakıda qaldılar. Yəni, onları da geri qaytarmadılar. Ona görə də söhbət ancaq və ancaq bizim xanımlığımızdan gedir ki, şiddətli müharibədə qadınların yeri yoxdur. Ancaq və ancaq o məsələ ortaya düşdü.

Yoxsa “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım hamısı gülünc və səfeh şayiələrdir. Bizim düşmənimiz, bədxahlarımız bunu yayırlar. Sizin kimi ciddi jurnalistlər belə şeylərə uymamalısınız.

—  Azərbaycan dövlətindən vəzifə gözləyirsiniz?

—  Mən sizin bu sualınızı ulu öndərimiz Heydər Əliyevin sözü ilə demək istəyirəm. Bilirsiniz ki, ümummilli lider Heydər Əliyev mənim sevimli insanımdır, sevimli obrazımdır. O, həmişə öz həmkarlarına və işçilərinə deyirdi: "Heç vaxt vəzifə axtarmayın. Çalışın ki, vəzifə özü sizi axtarsın". 

Sizin bu sualınıza mənim cavabım belədir. 

Təşəkkür edirəm, sağ olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO