Dini konfessiyaların rəhbərləri İlham Əliyevə məktub ünvanlayıb

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.

Müstəqillik dövlətini, torpağını və bayrağını şərəfi kimi qoruyub saxlayan hər bir millətin müqəddəs amalıdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini yaşayır. Biz din xadimləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin şahidiyik, ölkədə apardığınız genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürüdür.

Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığına hörmət müdrik siyasətin nümunəsi kimi dünya miqyasında yüksək qiymətləndirilir.

Bu siyasətin təməli müstəqil dövlətçiliyimizin qurucusu, bu il 100 illik yubileyini böyük ehtişamla qeyd etdiyimiz görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Zati-alinizin səyləri ilə uğurla davam etməkdədir. Məhz Sizin sayənizdə müstəqil Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda layiqincə təmsil olunur, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən dünya dinləri nümayəndələrinin təmsil olunduqları ali məclislər - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorçuluq, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda dünyaya təqdim etdiyimiz multikulturalizm modeli və mədəniyyətlərarası dialoq çağırışları müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.

Biz din xadimləri fəxr edirik ki, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfərin şahidi olmuşuq. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan edilməsi – bunların hamısı Zati-alinizin yenilməz nüfuzunun və əzminin göstəricisidir. Biz bu səbəbdən Azərbaycan dövlətinin gələcəyinə böyük inamla, ümidlə baxırıq və Zati-alinizin tövsiyəsi, Azərbaycan dövlətinin dəstəyi ilə Türk Dövlətləri Təşkilatı nəzdində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının yaradılmasını siyasi və ictimai baxımdan böyük nailiyyət hesab edirik.

Zati-aliləri, fürsətdən istifadə edərək, 28 May - Müstəqillik Günü ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, dövlət müstəqilliyimiz əbədi qalacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır!

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,
Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol
prefekturasının ordinarisi,
Aleksandr Şarovskı
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO