BMT tribunasında İrəvanın iddialarına Bakının LAYİQLİ CAVABI 

"Ölkəmə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törədib, nəticədə on minlərlə dinc sakin həlak olub, kütləvi etnik təmizləmə aparılıb, yaşayış məntəqələri dağıdılıb və mədəniyyət məhv edilib".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağrılan Təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.

Səfir bildirib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.

“Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”, - deyə o, bildirib.

Yaşar Əliyevin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb.

Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:

"Həmin bəyanatda Laçın-Xankəndi yolunun "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.

Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO