"Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamaları bizim üçün sürpriz olmadı".
Bizim.Media xəbər verir ki, bu fikri "Ermənistan" parlament fraksiyasının üzvü, deputat İşxan Saqatelyan jurnalistlərə müsahibəsində səsləndirib.
“Yadınızdadırsa, son 3 ildə biz həmişə bu təhlükələrdən danışırdıq. Əslində, Nikol Paşinyan bu yaxınlarda Qarabağın Azərbaycana aid olduğu ilə bağlı yol xəritəsini açıqlayıb.
Mənə elə gəlir ki, bu ayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri hansısa üçtərəfli bəyanatla çıxış edəcək, ondan sonra danışıqlar Kişinyovda davam edəcək. Nəticədə isə Brüsseldə yeni kapitulyasiya müqaviləsi ilə bağlı razılığa gəlməyə çalışacaqlar”, - İşxan Saqatelyan qeyd edib.
Bizim.Media