Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”

“Bütün sahələrdə davamlı olaraq inkişaf edən Azərbaycanın qüdrəti beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyindən daha aydın görünür. Yaxın keçmişə nəzər salsaq, görərik ki, dünyada ard-arda baş verən iqtisadi böhranların ölkəmizə ya təsiri olmayıb, ya da bu böhranlardan ən az fəsadlarla çıxmağı bacarıb. Bu, Azərbaycanın təkcə iqtisadi yox, həm də digər sahələrdə dayanıqlı inkişafını bir daha ortaya qoyur. 

Təkcə pandemiya dövrünü xatırlamaq kifayətdir ki, bu reallığı dərk edəsən. Eləcə də həmin dövrdə ölkəmiz parlaq Qələbə ilə nəticələnən ağır müharibədən keçdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yalnız inkişaf yolu ilə getdi, heç bir sahədə durğunluq, geriləmə yaşanmadı.
Gəlin, hazırda dünyada baş verən prosesləri nəzərdən keçirək və Azərbaycanın bu proseslər fonunda roluna baxaq: ən ağır fazada davam edən Rusiya ilə Ukrayna arasında müharibə dünyada, ən çox da Avropada ağır enerji böhranına yol açıb. 

Avropa dövlətləri bu böhrandan çıxış yolunu Azərbaycanda görür, ölkəmizin əhəmiyyətini anlayır və əməkdaşlığa üstünlük verirlər.

Qeyd etdiyim bütün bu uğurlara dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların, reallaşdırdığı nəhəng layihələrin effektli nəticələri, həmçinin onun müdrik idarəçiliyi, diplomatik bacarığı sayəsində nail olmuşuq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə genişlənən əlaqələrinin, ölkəmizə olan marağın daha bir bariz nümunəsidir: 

“Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün xüsusi önəm daşıyır, əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan əhəmiyyətlidir. Yeri gəlmişkən, bildirim ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var.

Həmçinin, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. 
Bu səfər zamanı da Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Əminik ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək”.

“Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur.

Biznes forumu bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq. Qeyd edim ki, statistikaya əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub”, - Milli Məclisin deputatı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

End of content

No more pages to load

RADİO