Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO/VİDEO

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib.

Görüşdə ikitərəfli məsələlər müzakirə olunub, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub.

Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirilib. 

Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edilib. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb.

Həmçinin, bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olunub, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

Eyni zamanda Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

"Qarabağ"ın transfer etdiyi futbolçunun adı AÇIQLANDI - VİDEO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

End of content

No more pages to load

RADİO