Kazan Forumunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müzakirələr keçirildi - FOTO 

19 may 2023 Tatarıstan Respublikası (RF) Gənclərlə iş üzrə nazirlik nəzdində fəaliyyət göstərən Gənc Diplomatiya Akademiyası, RF Xarici İşlər nazirliyi nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Şurasının və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi),birgə təşkilatçılığı ilə Tatarıstan Respublikasının Kazan şəhərində 23 ölkə nümayəndəsinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Diplomatların VII Forumu keçirilib.  

Bizim.Media xəbər verir ki, öncə iştirakçıları Tatarıstan Respublikasının (RF) rəisi Rüstəm Minnixanov qəbul edərək, bu tədbirin əhəmiyyəti ilə bağlı öz fikirlərini onlarla bölüşüb.

Forumun plenar iclasında real və virtual rejimdə təbrik nitqi ilə çıxış edən Rusiya Xarici İşlər naziri Serqey Lavrov, Rusiyanın İƏT ölkələri üzrə xüsusi nümayəndəsi Konstantin Şuvalov, İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin (ih) sədri Elçin Əsgərov, Tatarıstan Respublikası Gənclərlə İş üzrə naziri Rinat Sadıkov və Rusiyanı təmsil edən digər aparıcı qurum nümayəndələri son zamanlar Rusiya və İƏT ölkələri arasında münasibətlərin dərinləşməsindən, İslamın bu ölkənin ictimai-dini həyatında oynadığı roldan, eləcə də tədbirin vacibliyindən bəhs edərək, bu tipli forumların ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etməsində müəyyən rol oynadığını diqqətə çatdırıblar. 

RF Duması, Federasiya Şurasının üzvlərinin, digər Rusiya dövlət qurumları nümayəndələrinin və xarici ekspertlərin qatıldığı işçi sessiyalarda “Çoxqütblü dünyada diplomatiya”, “Gənc diplomatların beynəlxalq münasibətlər sistemində rolu, qlobal proseslərdə institutların rolu” və başqa mövzular ətrafında müzakirələr keçirilib.  
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: şəxsiyyətin beynəlxalq münasibətlərdə rolu” mövzusunda panel müzakirələr keçirilib.

İƏGF Avrasiya Regional Mərkəzinin ih-nin sədri Elçin Əsgərov bütövlükdə şəxsiyyətin tarixdə, 1993-cü ildə Azərbaycanın kəskin siyasi böhrandan çıxarılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Heydər Əliyevin rolundan  bəhs edib.  

Voronej vilayəti qubernatorunun müşaviri, siyasi ekspert Yevqeni Mixaylov Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində əldə etdiyi uğurlardan danışıb.

Rusiya XİN nəzdində fəaliyət gösətərən Gənc Diplomatlar Şurasının sədri  Konstantin Kolpakov ortaq dəyərlərin qorunmasında, xüsusilə, 2-ci dünya müharibəsi nəticələrinin  Azərbaycanda tanınmasında Heydər Əliyevin rolundan bəhs edərək, Azərbaycanın post-Sovet məkanında sürətlə inkişaf etməsinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu qeyd edib.  

Bütün çıxışlarda onun müstəqil Azərbaycanın xarici siyasətində balanslı kursun banisi olması xüsusi qeyd edilib.     

Kazanda “Rusiya və İslam dünyası: Kazan Forumu 2023” çərçivəsində baş tutan bu tədbirin əsas məqsədləri Rusiya və İƏT ölkələri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına, o cümlədən, hər iki tərəfi təmsil edən gənc diplomatlar, xarici siyasət sahəsində qərar qəbul edənlər arasında şəbəkələşmə mühitinin formalaşmasına dəstək verməkdir. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

End of content

No more pages to load

RADİO