Ombudsman: “ABŞ Dövlət Departamentinin hesabatı həqiqəti əks etdirmir”

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir. Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə ombudsman Səbinə Əliyeva bildirib. 

ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan ombudsmanının fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən QHT-lərin fikri kimi əks olunmuş məlumatların qərəzli olduğunu və həqiqəti əks etdirmədiyini deyən S.Əliyeva vurğulayıb:

“Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır. 

Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunub. 

Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir. 

Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılmış şəxslər də dəfələrlə ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılmış və təmin edilib. Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə ombudsmana təşəkkürlərini bildiriblər. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün ombudsmana müraciətlərinin daim müsbət həlli ilə bağlı göstərdiyi köməyə görə minnətdarlıqlarını ifadə ediblər. 

Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri ombudsmanın illik məruzələrində və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir. 
Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkə ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir. 

Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılmış məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında müvəkkilin fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk”, - deyə ombudsman qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

End of content

No more pages to load

RADİO