Demokratiya adı ilə ƏXLAQSIZLIQ TƏBLİĞATI – Xarici səfirliklərin LGBT təəssübkeşliyi nəyə hesablanıb?

Ötən gün paytaxtın Nizami küçəsi 90A ünvanında yerləşən “Landmark Hotel Baku” qarşısında LGBT-nin bayrağı qaldırılmışdı. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, bu bayrağı Böyük Britaniya səfirliyi dalğalandırıb. Səbəb isə, guya Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Gününə diqqət çəkmək olub. 

Maraqlıdır ki, Böyük Britaniya səfirliyinin bu təşəbbüsünü ABŞ səfirliyi də dəsdəkləyib. Üstəlik, ABŞ rəsmiləri dünyanı bütün lezbiyan, gey, biseksual, transgender, queer və interseks (LGBTQI+) fərdilərin hüquqlarını tanımağa çağırıb.
Qloballaşan dünyamızda  dünyanın aparıcı dövlətlərinin sərgilədiyi mövqe xeyli sual doğurur. Doğrudanmı bu gün sivilizasiya üçün prioritet LGBT-lərin “hüquqları”dır? Həqiqətənmi dünya üçün qlobal problem LGBT-lərin azad və firavan yaşamamasıdır? 

Yoxsa bunlar ancaq ABŞ və Böyük Britaniya üçün prioritetdir?!

LGBT-nin “hüquqlarını gündəm edən ABŞ və Böyük Britaniya niyə ona diqqət eləmir ki, dünyada hər dəqiqə 18 insan aclıqdan ölür. Hər gün dünyada təxminən 30 min nəfər vərəmə yoluxur, hər ötən dəqiqədə 2 vərəm xəstəsi həyatını itirir.

Niyə bu super dövlətlər SOS siqnalı vermirlər ki, antropogen təsirlər üzündən hər ötən dəqiqə Yer kürəsindən 960 milyon ton su buxarlanır, 2040 ağac kəsilir?

Təbii ki, ABŞ və Böyük Britaniya hökümətləri də bu dəhşətləri çox yaxşı bilir. Çünki, bu qorxunc rəqəmlər həmin dövlətlərin institutları tərəfindən tirajlanır. Amma onlar insanlıq üçün dəhşətlərə “dur” deməkdə maraqlı deyil. Onlar üçün belə faciələr dolayısı ilə gəlir mənbəyidir.

Lakin, LGBT-nin bayrağını öz bayraqlarından da uca qaldırmaqda ABŞ və Böyük Britaniyanın məqsədləri və hədəfləri başqadır. 

Artıq bu dövlətlər dünyanı demokratiya nağılları ilə idarə edə bilmirlər. 

ABŞ və Böyük Britaniya artıq nəinki şovinist Rusiyaya, heç cahil “talibançılara” “dur” deyə bilmir. Və yaxud “dur” demək istəmir. Əvəzində yeni gündəm yaradır. Yeni “insan” formalaşdırırlar. 

Ötən gün baş verən olay həm də Azərbaycan cəmiyyətinə bir təhdid, bir mesaj idi. Bununla həmin dövlətlər Azərbaycanda cinsi azlıqların təzyiqlərə məruz qaldığını demək istədilər.

Lakin, Qərb bir məsələni unudur ki, Azərbaycan tolerant ölkə olduğu kimi həm də inkişaf etməkdə olan vətəndaş cəmiyyətinə sahibdir. Bu ölkədə heç bir cinsi azlıq təqibə məruz qalmayıb. Lakin, Azərbaycanın öz milli və dövlətçilik dəyərləri var. Və bu dəyərlər hər zaman hər şeydən üstün tutulur.
“Qərb dövlətlərinin səfirlikləri fəaliyyət göstərdikləri ölkələrin ənənələrinə, dəyərlərinə hörmətlə yanaşmağa borcludurlar”

Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, müsəlman ölkəsində belə bir addımın atılması çox yanlışdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzindəki LGBT bayrağını kim dalğalandırır? – AÇIQLAMA 


“Ümumiyyətlə LGBT-nin bu formada təbliği, bu formada dəstəklənməsi həmin ölkələr üçün də utancvericidir. Səmavi dinlər baxımından da, insanlıq baxımından da belə bir məsələnin dəstəklənməsi qəbuledilməzdir. Hansı aspektdən baxılsa belə, bu addım yolverilməzdir. 

Bu ideyanı dəstəkləyənlər, bunu insan hüquq və azadlıqları ilə bağlayanlar yanlış yoldadırlar. Bu bütövlükdə utancverici, həm də bəşəriyyətin gələcəyinə təhdid yaradan bir məsələdir. Bunu dəstəkləmək bütün aspektlərdən yanlış bir məsələdir.

Qərb dövlətlərinin səfirlikləri fəaliyyət göstərdikləri ölkələrin ənənələrinə, dəyərlərinə hörmətlə yanaşmağa borcludurlar. Necə ki, biz Qərbin dəyərlərinə, ənənələrinə hörmətlə yanaşırıq. 

Bu gün Azərbaycanda belə bir addımın atılması, belə bir təbliğatın edilməsi burada yaşayan insanların heysiyyatlarına toxunan bir məsələdir”. 

Millər vəkili təəssüflə qeyd edib ki, Qərb bunu insan hüquq və azadlıqları ilə əlaqələndirir:

“Bu çox yanlış yanaşmadır. Bu məsələnin insan hüquq və azadlıqlarıyla heç bir əlaqəsi yoxdur. İnsan hüquq və azadlıqları əxlaqsızlıq, tərbiyəsizlik, Allah-təalanın qoyduğu qaydalara qarşı çıxmaq deyil. Eyni zamanda, bunu insan hüquq və azadlıqları adıyla digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilməsi də qəbuledilməzdir”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

İsrail ordusu Livanın cənubuna zərbə endirdi

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

End of content

No more pages to load

RADİO