YAP-dan 15 nəfər XARİC EDİLDİ

Mayın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib.

İclasın müzakirəsinə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun vəzifəsindən azad edilməsi, YAP Gəncə şəhər təşkilatına və YAP Hacıqabul rayon təşkilatına sədr təyin olunması, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb. 

İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub. 

Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb.

YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Pərvin Kərimzadə, Amin İsmayılov, Asif Əsgərli, Tofiq Cahangirov və Elmar Qasımov çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədikləri bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar. 

İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub. 

Cari məsələlərlə bağlı müzakirələr zamanı isə YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Tahir Mirkişili, Kamal Cəfərov və Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO