Rusiya Dövlət Dumasının nümayəndələri Azərbaycan parlamentində olublar - FOTO 

Mayın 16-da Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Adil Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu söyləyib.  

Bildirib ki, mayın 16-da keçirilən Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından nümayəndələr iştirak ediblər.
O, qonağın parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib. 

Adil Əliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab olunan işləri görməyi bacarıb. Ulu Öndər Heydər Əliyevin əsas nailiyyətlərindən birinin yürütdüyü müdrik xarici siyasət olduğunu deyən Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin möhkəm bünövrələr üzərində qurduğu bu siyasət bu gün də öz bəhrəsini verməkdədir.

O vurğulayıb ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əlaqələrimiz mehriban qonşuluq, dostluq və tərəfdaşlıq istiqamətində inkişaf etməyə başlayıb. 

Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev də həmin siyasi xəttə sadiq qalaraq ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini verməkdə davam edir. 

Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev öz növbəsində Ulu Öndər Heydər Əliyev fenomenini hörmət və ehtiramla yad edərək, onun böyük siyasi xadim olduğunu vurğulayıb. 
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO