Azərbaycan və Serbiya ölkələrin ərazi bütövlüyü və suverenliyi qarşılıqlı şəkildə dəstəkləyir

Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb. 

Bizim.Media xəbər verir ki, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, xüsusi iclasda iştirakına, geniş və maraqlı nitqinə görə həmkarına təşəkkürünü bildirib. 

Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir.
Dövlət başçılarımız arasında mövcud olan dostluq əlaqələri Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya, həmçinin, Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabrında ölkəmizə baş tutmuş səfərlərinin uğurlu nəticələri qeyd olunaraq, bu səfərlər zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş və əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb. 

Bildirilib ki, Azərbaycan və Serbiya ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. 

Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən, dostluq qrupları arasında təmasların daha da sıxlaşdırılması ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO