Milli Məclisin sədri gürcüstanlı həmkarını Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da MƏLUMATLANDIRDI 

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. 

Milli Məclisdəın Bizim.Media-ya verilən xəbərə görə, Gürcüstan parlamentinin sədrini salamlayan Sahibə Qafarova, ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştiraka və tədbirdəki səmimi çıxışına görə həmkarına təşəkkürünü bildirib. 

Milli Məclisin sədri qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb.
O, deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir.

Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir. 

Spiker Sahibə Qafarova Azərbaycan prezidentinin Gürcüstana səfəri, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edərək, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını vurğulayıb. 

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər.

Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq edirlər. Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var və bu sahədə addımlar atılır. 
Görüşdə Sahibə Qafarova Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq münasibətlərinin bu gün regionda bir nümunə olduğunu, sülhə, sabitliyə, tərəqqiyə töhfə verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri həmçinin nregionda gedən proseslər, Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da məlumat verib. 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin sədrini salamlayaraq, qonşu və dost ölkə olan Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirib.

O, Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakdan məmnunluğunu bildirib.

Şalva Papuaşvili Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, Azərbaycanın bu gün öz ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir. 

Söhbət zamanı Gürcüstan spikeri Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdən razılıqla danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. 
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO