Azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı əsgərlərin Bakıda saxlanılan erməni hərbi məhbuslarla dəyişdirilməsi barədə danışmaq hələ tezdir.
Bizim.Media xəbər verir ki, bunu mayın 16-da jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
“Yalnız razılaşma elan edilib, təfərrüatları deyə bilmərəm”, - Safaryan bildirib.
“Mübadilə Avropa İttifaqı tərəfindən həyata keçirilməlidir. Əgər Avropa Şurasının rəhbəri Şarlz Mişel bununla bağlı açıqlama veribsə, deməli hansısa addımı atacaq”, - deyə məmur fikrini yekunlaşdırıb.
Bizim.Media