Azərbaycan Fransanı danışıqlar prosesindən necə uzaqlaşdırdı? – TƏHLİL 

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə 3-lük formatı çərçivəsində növbəti  görüş keçirildi. 
Bu 8 aylıq fasilədən sonra Aİ-nin təşəbbüsü ilə keçirilən sayca 5-ci görüşü idi. Bu formatda sonuncu görüş 2022-ci ilin 31 avqust tarixində Brüsseldə keçirilmişdi. O zaman, növbəti görüş noyabr ayına planlaşdırılsa da bu baş vermədi. 

Bunun da tək səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi oldu. Məlum olduğu kimi 31 avqust görüşündən sonra  İlham Əliyevlə Nikol Paşinyan oktyabrın 6-da Praqada bir araya gəldilər. Bu görüş qeyri-rəsmi olsa da maraqlı müzakirələr aparıldı. Amma aparılan müzakirələr nəticəsiz qaldı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb” - VİDEO


Fransa Azərbaycana qarşı açıq mübarizəyə başlamışdı

Səbəb isə Fransa prezidenti Emmanuel Makronun Praqa görüşlərində ortaya atılması və açıq ermənipərəst mövqe nümayiş etdirməsi idi. Hələ Praqa görüşü ərəfəsində Makron Fransanın dövlət televiziyasına verdiyi müsahibəsində Azərbaycan əleyhinə bir sıra fikirlər söyləmiş və Qarabağın status məsələsinin həllinin vacib olduğunu bildirmişdi. Təbii ki, Makronun ermənipərəst mövqeyi rəsmi Bakını heç cür qane edə bilməzdi. 

Bildiyimiz kimi, Praqa görüşündən sonra Şarl Mişel növbəti Brüssel görüşünün 3 yox, 4 tərəfli formatda keçirilməsi təklif etdi. Bu isə Azərbaycanın səbrini daşdırdı. Ona görə də rəsmi Bakı hansısa 4 tərəfli görüşdə iştirak etməyəcəyini bəyan etdi.
Bu bəyanat Qərbdə şok effekti yaratdı. Bundan sonra Azərbaycana qarşı Qərbin və Fransanın açıq təzyiqləri başladı. Hətta Azərbaycana qarşı Aİ-nin iqtisadi sanksiyaları üçün Fransada petisiya başladıldı. 

Azərbaycanla güc dilində danışmaq dövrü keçib.

Bütün təzyiqlərə qarşı rəsmi Bakı düşünülmüş və təmkinli mövqe nümayiş etdirdi. Nəhayət, Yelisey sarayındakılar anladılar ki, Azərbaycanla güc dilində danışmağın nə vaxtıdır, nə zamanı.

Ona görə də Makron davamlı olaraq oktyabr, noyabr və dekabr aylarında Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi.  

Azərbaycan liderini bu və ya digər şəkildə 4 tərəfli görüşə razılıq verməsinə çalışdı. Lakin, Fransa liderinin bütün təşəbbüsləri cavabsız qaldı. Azərbaycan Prezidenti dəfələrlə bəyan etdi ki, heç bir 4 tərəfli danışıqdan söhbət gedə bilməz. 

Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi Fransanı və Aİ-ni geri çəkilmək məcburiyyətində qoydu.

Beləcə, Azərbaycanın istəyinə uyğun olaraq 4 tərəfli görüş məsələsi 2022-ci ildə mümkün olmadı.  Amma Qərb öz maraqları üçün Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməsini hər zaman gündəmdə saxlamışdı.

Çünki, Qərbin bu sahədə fəaliyyətsizliyi Rusiyanın aktivliyinə yol açırdı. Rusiyanın hansısa sülh prosesində moderator olmasını isə Qərb heç zaman qəbullana bilməz. 

Ona görə də əvvəlcə Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da 4 günlük görüşü təşkil edildi. Yalnız bu danışıqlardan sonra Azərbaycan 3 tərəfli danışıqlara razılıq verdi. Beləcə, mayın 14-də Brüsseldə növbəti 3 tərəfli görüş baş tutdu. Və Fransa bu danışıqlarda qapı arxasında qaldı.

5-ci Brüssel görüşü bir çox məqamları ilə uğurlu oldu. Amma bu görüşdə Azərbaycanın ən böyük diplomatik uğuru Fransanı oyundankənar saxlaması idi. Bu Azərbaycan diplomatiyası adına çox böyük nailiyyətdir.
Son Brüssel görüşü bir daha sübut etdi ki, Azərbaycanla güc dilində danışmağın zamanı artıq çoxdan keçib. Azərbaycan artıq söz sahibi, regionda real gücdür. Nə xoşbəxt ki, Qərb və Fransa bu reallıqla barışmaq və Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldı.

Kişinyov görüşündən nə gözlənilir?

Qarşıdan 1 iyun Kişinyov zirvə görüşü gəlir. Yayılan xəbərlərdə deyilir ki, zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. Və bu görüşdə Almaniya və Fransa prezidentləri də iştirak etmək istəyirlər. 

Yəni, Fransa yenə də yuyulmamış qaşıq kimi özünü ortaya atır. Və Azərbaycanın könlünü almaq üçün alman həmkarının da bu prosesə qatılmağını istəyir. Yəni, Makron bu dəfə 5-lik formatı təqdim edir. 

Kişinyov görüşləri barədə rəsmi Bakı hələki hər hansı bir açıqlama verməyib. Ona görə də Kişinyovda Azərbaycan və Ermənistan liderlərinin görüşündə Fransa prezidentinin iştirakı daha çox Prezident İlham Əliyevin istəyindən asılıdır. Azərbayan Prezidenti isə daha çox hücum diplomatiyasını sevir. Ona görə də Makronun bu çabasının da uğursuz olacağı gözləniləndir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş həlak oldu

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO