Erməni təxribatlarının dəyişməz İSTİQAMƏTİ – Düşmən niyə məhz Zodu HƏDƏF ALIR?

Zoddakı mədənlərin qanunsuz istismarının dayandırılması Ermənistan üçün əsl fəlakət oldu. Çünki Ermənistan iqtisadi və sosial həyatında bu mədənin müstəsna yeri vardı. 

Lakin, 44 günlük müharibənin və 10 noyabr Bəyannaməsinin nəticəsi olaraq Azərbaycan öz qərb sərhədlərinə sahib çıxdı. Nəticədə, ermənilərin Zoddakı qanunsuz fəaliyyətinə son qoyuldu. 

Bu acı reallıqla ermənilər heç cür razılaşmaq istəmir. Ona görə də ermənilər çıxış yolu kimi hərbi təxribatlara əl atırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənlərin “Söyüdlü”- Zod qızıl yataq İDDİASI – Sərhəddə nə baş verir? - VİDEO


Ermənilər bu təxribatlar hesabına Azərbaycan ordusunu bir qədər geri çəkilməyə məcbur etmək və qanunsuz istismarı davam etdirmək istəyirlər. Çünki, bu yataq Ermənistan iqtisadiyyatında müstəsna paya sahibdir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Şuşa-Xankəndi avtomobil yolunda ekoaksiyanın davam etdiyi günlərdə Paşinyan bildirmişdi ki, bu tədbir hər gün ermənilərə 1.19 milyon dollar ziyan vurur:

“Məlumdur ki, hansısa humanitar və dinc aksiyanın iqtisadiyyata hər hansı bir ciddi zərəri ola bilməz. Ona görə də Paşinyanın bu etirafı əslində ekoaksiyaya qədər Qarabağdan Ermənistana daşınan qiymətli məhsulların dəyərinin gündəlik dəyərini göstərirdi. Bildiyimiz kimi, ermənilər son 30 ildə təkcə Qarabağda yox, həm də ətraf ərazilərdəki təbii və mineral ehtiyatlarımızı talan edib, Ermənistana daşıyıb. 

Bundan əlavə Ermənistan Qarabağdakı ekoturizm mənbələrimizdən də kifayət qədər yararlanıb.

Ona görə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası Qarabağdakı ermənilərin, eləcə də Ermənistanın iqtisadiyyatına çox böyük zərbə vurub. Digər mədənlər kimi Kəlbəcər ərazisindəki qızıl yataqları da ermənilər tərəfinfən uzun illər istismar edilib. Bu gün bu istismarın qarşısı alınıb. Ona görə də ermənilər Zod istiqamətindən davamlı olaraq ərazilərimizi atəşə tuturlar”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü

Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü

Tum çırtdamağın FAYDALARI

Tum çırtdamağın FAYDALARI

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

UFC döyüşçüsü Lopesin hər iki ayağı sındı

"Sumqayıt"dan Anqolaya

"Sumqayıt"dan Anqolaya

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

Qərb Kallasın bu açıqlamasından qəzəbləndi

"Kuruluş Orhan"da yeni sima - FOTO

"Kuruluş Orhan"da yeni sima - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Faiq Ağayevin Elarizlə bağlı paylaşımı gündəm oldu - FOTO

Yeməkdən sonra çay içmək olar?

Yeməkdən sonra çay içmək olar?

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Başına tac taxıb, güzgü önünə keçdi - VİDEO

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Apple dünyanın ən dəyərli brendi elan edildi

Parisdə yəhudi məktəbinə hücum etdilər

Parisdə yəhudi məktəbinə hücum etdilər

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürdü

“Qalatasaray”dan darmadağın - VİDEO

“Qalatasaray”dan darmadağın - VİDEO

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

"Qadınlardan qorxuram"

"Qadınlardan qorxuram"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Azərbaycan XİN-dən Pakistana dəstək: "Mənfur terror aktlarını pisləyirik"

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Melaniya Tramp haqqında filmdən ilk gündə REKORD GƏLİR

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Epşteyn dosyesi açıldı – Bütün dünya bu sənədlərdən danışır

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

Tramp: “Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik”

İran şərt qoydu: ABŞ geri çəkilsə...

İran şərt qoydu: ABŞ geri çəkilsə...

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Saqqız bazarında dəyişiklik: Ucuz məhsullar sıradan çıxır

Medvedev Rusiyanın qələbəsini elan etdi

Medvedev Rusiyanın qələbəsini elan etdi

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

Gec olmadan bu ölkəni tərk edin – ABŞ-dan çağırış

End of content

No more pages to load

RADİO