“Azərbaycan ordusu tərəfdən açılan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbçisi yaralanıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, saat 23:10-a olan son vəziyyətə görə, Ermənistan silahlı qüvvələrinin itkisi bir ölü, iki yaralıdır.
Qeyd edilib ki, atışmanın intensivliyində azalma davam edir.
Qeyd edək ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.
Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.
Bizim.Media