Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Platforma təsis edilib - FOTO 

İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın Borneo adasında keçirilən ətraf mühitin müdafiəsi sahəsində beynəlxalq simpoziumda “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması” təsis edilib. 

Bizim.Media xəbər verir ki, bununla əlaqədar, simpoziumun “Gənclərin Minalarla Mübarizəsi” mövzusu ətrafında beynəlxalq ekspertlər və ASEAN regionundan olan çoxsaylı gənc fəalların iştirakı ilə keçirilən iclasında müvafiq bəyanat qəbul edilib. 

İclasda çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, Cənubda Dayanıqlı İnkişaf Komissiyasının direktoru Qayser Nəvab, İƏGF Avrasiya Regional Mərkəzin icraçı direktoru Vüsal Qurbanov, Bosnia-Hersoqovina Mülki Müdafiə Federal Agentliyin nümayəndəsi Majda Kovaç münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda yaradılan platformanın əhəmiyyətindən, onun perspektivlərindən bəhs ediblər. 

İclasda çıxış edən ANAMA-nın departament müdiri Ramil Əzizov erməni işğalı dövründə Qarabağda yüzminlərlə minanın basdırılması, yalnız son iki ildə 300-dən çox Azərbaycan vətəndaşının minaların qurbanı olması, Ermənistan hökumətinin minaların yalnız iyirmi beş faizi haqqında xəritələrin Azərbaycana verilməsi barəsində ətraflı məlumat verib. 
Borneo simpoziumunun nəticəsində yekdilliklə qəbul edilən “Gənclərin Minalarla Mübarizəsi” adlı bəyanatda BMT, İƏT və ASEAN kimi qurumların sülh və təhlükəsizlik prinsipləri əsas götürülərək, yeni təsis edilən platformanın beynəlxalq və regional təşkilatlarda mina qurbanlarının haqlarının qorunması məsələsinin qaldırılması əsas vəzifə kimi göstərilib.

Eyni zamanda zərərçəkmiş mülki əhaliyə hüquqi yardımın göstərilməsi, həmçinin minalarla mübarizə sahəsində məlumatlılığın artırılması məqsədilə müvafiq təhsil proqramlarının həyata keçirilməsi də platformanın vacib fəaliyyət istiqamətin təşkil edəcək. 

Bəyanatda Platformanın bu ilin payızınadək tam təşkilatlanması hədəf olaraq göstərilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkar onu güllələyəni bıçaqlayıbmış – TƏFƏRRÜAT

Sahibkar onu güllələyəni bıçaqlayıbmış – TƏFƏRRÜAT

Xəzər geri çəkilir: Yeni ekosistem yaranır – FOTO

Xəzər geri çəkilir: Yeni ekosistem yaranır – FOTO

Binəqədidə işıq kəsiləcək

Binəqədidə işıq kəsiləcək

12 yaşlı oğlan dəm qazından boğuldu

12 yaşlı oğlan dəm qazından boğuldu

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Nailə İslamzadənin qış tətili – VİDEO

Nailə İslamzadənin qış tətili – VİDEO

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

End of content

No more pages to load

RADİO