İranın Ermənistana dronlar verməsinə Tural Abbaslıdan SƏRT REAKSİYA 

Xəbər verdiyimiz kimi, Ermənistan sərhəddə Azərbaycana qarşı həyata keçirdiyi son təxribatlar zamanı İrandan alınan dronlardan da aktiv şəkildə istifadə edib. Qeyd edək ki, İrəvan Azərbaycana qarşı təxribatlarda İran dronlarından ilk dəfə bu ilin aprelin 18-də Tex kəndində baş verən hücum zamanı istifadə edib.

Hələ keçən ilin oktyabrında mətbuatda İrəvanın İrandan pilotsuz uçuş aparatları almaq istədiyi barədə məlumatlar yayılmışdı.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın ali dini liderinin hərbi müşaviri general-mayor Yahia Rəhim Səfəvi də bu məlumatı təsdiqləmişdi. O, dövrdən ekspertlər bildirirdi ki, Tehran İrəvana 100 km, uçuşa malik “Şahed” və “Ababil” kimi pilotsuz təyyarələr sata bilər.

Bu açıqlama onu göstərir ki, İran Ermənistanı dronlarla təmin edir. İranın bu addımı onun Ermənistanı hərbi cəhətdən gücləndirməkdə maraqlı olduğunun göstəricisidir. Bununla İran sülh və əmin-amanlığın olması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına deyil, əksinə regionda gərginliyin daha da artmasına çalışdığını ortaya qoyur. 44 günlük müharibədə Azərbaycanın qələbəsi Tehranın maraqlarına cavab vermir. 

Belə ki, bu qələbə sayəsində bölgədə geosiyasi vəziyyət dəyişib. Hansı ki, bunun da nəticəsində Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqeyi güclənib.

İranı da ilk növbədə narahat edən məhz budur. Ona görə də Ermənistanı silahlandırmaq, ona dronlar verməklə situasiyanı guya öz xeyrinə dəyişəcəklərini zənn edirlər. Özünü müsəlman dünyasının xilaskarı kimi təqdim edən İran rejimi utanmadan işğalçı, xristian Ermənstanı silahlandırır. Bununla molla rejimi əslində məhz özlərinin İslam dünyasına düşmən olduqlarını ortaya qoyurlar. 

Bizim.Media-ya açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı bildirir ki, İran Ermənistana silah, o cümlədən dron verməklə regionda vəziyyəti gərginləşdirmək istəyir:

“İran bu dronları “qardaş” adladırdığı xalqımıza qarşı istifadə etmək üçün Ermənistana verir”. 

Partiya sədri qeyd edir ki, İranın bu hərəkəti onun xəyanətkar olduğundan xəbər verir:

“Bu həm siyasi, həm də mənəvi baxımdan birmənalı şəkildə xəyanətdir. Heç bir dövlət öz dostlarının əleyhinə olan ölkələrə silah satmır. Türkiyə heç zaman Ermənistana silah satmaz. Çünki bilir ki, İrəvan o silahdan Azərbaycana qarşı istifadə edəcək. İran da verdiyi dronların Azərbaycana qarşı istifadə ediləcəyini bildiyi halda, onu Ermənistana verir. İran bu dronları verməklə çalışır ki, Azərbaycan Qarabağ məsələsində geriləsin və Tehran ölkəmiz daxilində öz maraqlarını həyata keçirə bilsin. 

İkinci bir tərəfdən, Ermənistanın Rusiyanın tərəfdarı olan İran kimi irticaçı ölkə ilə silah alveri etməsinə Qərb göz yummamalıdır. Fransa kimi ölkələr bu fonda öz müttəfiqi olan Ermənistanın dünyaya təhdid olan İrandan dron almasına öz mövqelərini bildirməlidir.

Təəssüf ki, bu məsələdə də ikili standartlar hökm sürür.

İran Rusiyaya dron satanda onu qınayanlar həmin dronların İrəvana verilməsinə isə göz yumurlar. Məsələ ilə bağlı dünya birliyindən İran və Ermənistanın hərəkətinə reaksiya vermələri üçün mövqe tələb etməliyik. Ermənistan da bilməlidir ki, Azərbaycan öz əsgər və əhalisinə dəyən ziyana görə ona misilləmə ilə cavab verəcək. Hər öldürülən bir əsgərimizə görə, 10 erməni əsgərini məhv edəcəyik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO