Proksi müharibələr mövzusunda ilk beynəlxalq konfrans təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Giriş nitqi ilə tədbiri açıq elan edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev qonaqları səmimi salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib, ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunaraq bu təşəbbüsün reallaşmasında göstərdiyi dəstəyə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.
General-polkovnik Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və birbaşa hərbi güc tətbiqini istisna edən proksi müharibələrin ölkələrin təhlükəsizliyinə nüfuz və ya təsir etmə vasitəsi olduğunu, proksi şəbəkələrin fəaliyyətinin bəzi terrorçu qruplar, radikal-ekstremist və separatçı qüvvələr tərəfindən dövlətlərdə mövcud sabitliyin pozulmasına yönəlmiş təxribat xarakterli əməllər - terror aktları, əhali arasında qorxu və vahimə yarada bilən digər cinayət hadisələri törətmək, insanlar arasında nifrət, düşmənçilik hisslərini aşılamaq, kibercinayətkarlıq və s. formada təzahür etdiyini nəzərə çatdırıb.

Proksi qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkən general-polkovnik Əli Nağıyev Bakı Təhlükəsizlik Forumunun bunun üçün uğurlu başlanğıc olacağına, konfrans çərçivəsində aparılacaq müzakirələrin, veriləcək təkliflərin birgə əməkdaşlığın səmərəli təşkilinə əlverişli zəmin yaradacağına inamını ifadə edib.

Ardınca proksi şəbəkələrdən bəhs edən videoçarx nümayiş olunub, sonra xarici nümayəndə heyətlərinin rəhbərlərinin tədbirin mövzusu ətrafında geniş məruzələri, beynəlxalq təhlükəsizlik sisteminin üzləşdiyi mənfi təzahürlərlə bağlı çıxışları dinlənilib.

Onlar müasir dövrün aktual problemlərindən olan proksi şəbəkələrin destruktiv fəaliyyətinə həsr olunmuş tədbirin beynəlxalq səviyyədə vacibliyindən söhbət açaraq sözügedən mövzuda ilk dəfə keçirilən tədbirin təhlükəsizlik sahəsində dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.
Sonda beynəlxalq konfransın bütün iştirakçılarının mövqeyini əks etdirən Bəyannamənin ilkin variantı rəy və təkliflərin alınması üçün tərəfdaş ölkələrə təqdim olunmuş, habelə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri və əbədi rəhbəri, mənalı ömrünün böyük hissəsini bu orqanlarda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq təsis edilmiş müvafiq Forumun gələcəkdə də keçirilməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Binəqədidə işıq kəsiləcək

Binəqədidə işıq kəsiləcək

12 yaşlı oğlan dəm qazından boğuldu

12 yaşlı oğlan dəm qazından boğuldu

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - lifti belə yoxdur...

Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? - VİDEO

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Nailə İslamzadənin qış tətili – VİDEO

Nailə İslamzadənin qış tətili – VİDEO

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Vergi və gömrük güzəştləri ilə bağlı YENİ QƏRAR

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Pidqurskinin “Neftçi”yə keçidi niyə BAŞ TUTMADI?

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı - Onlar mənzillə vidalaşsın…

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Qızılın heç bir dəyəri qalmayacaq... - Heç kimin gözləmədiyi hadisə baş verdi

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Yanvarda ən çox qar bu əraziyə YAĞIB

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Bu müavinətlər yeni qaydada hesablanacaq – QƏRAR

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Mərhum atasının fotosunu paylaşıb bunları yazdı

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Siyəzəndə bacı-qardaşın həyatını itirdiyi dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Prezidentdən Azərbaycan gənclərinə MÜRACİƏT

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Xaricdən mobil telefon gətirənlərin NƏZƏRİNƏ – YENİ QAYDA

Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

Bill Qeyts Epşteynin yeni sənədlərindəki ittihamlara münasibət bildirdi

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Rusiya ordusu Zaporojye vilayətində iki yaşayış məntəqəsində irəlilədi

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan əmiyə cinayət işi açıldı – RƏSMİ

End of content

No more pages to load

RADİO