ATƏT Daimi Şurasının iclasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı məsələ qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli bildirib.
“Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir”, - o qeyd edib.
Bizim.Media