Bu ölkə liderləri İlham Əliyevi TƏBRİK ETDİLƏR

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu! Əziz qardaşım!

Sizi və qardaş Azərbaycan xalqını mühüm tarixi hadisə - ölkənizin Ümummilli Lideri, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir.

Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.
Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.

Hörmətli İlham Heydər oğlu!

Biz Zati-alinizi - möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.

Xüsusilə və böyük məmnunluqla qeyd etmək istərdim ki, son zamanlar aramızda yaranan və möhkəm etimad ruhunda qurulmuş dialoqlarımız, cari ilin mart ayında Bakıda apardığımız açıq və səmərəli danışıqlarımız ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.

Bununla yanaşı, yaxın gələcəkdə baş tutacaq ali səviyyədə səfərimiz zamanı əldə ediləcək mühüm razılaşmalar, əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş dəqiq layihələr və əməli proqramlar şübhəsiz ki, hərtərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaqdır.
Atanız Heydər Əliyevin nurlu xatirəsinin qəlblərimizi işıqlandırdığı bu günlərdə Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram”.

***

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Mən onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”. Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar.

Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm.

Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının əsasını qoyan Sizin atanızın xatirəsini Belarusda əziz tuturlar. Rəmzi haldır ki, Azərbaycanda “Heydər Əliyev İli” elan edilmiş 2023–cü ildə biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini də ləyaqətlə qeyd edirik.
Sizə - atanızın işinin sədaqətli davamçısına və Zati-alinizin yaxınlarına cansağlığı, səadət, əmin-amanlıq, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnində deyilir:

“İcazə verin, Azərbaycanın möhtərəm Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz Ümummilli Liderinin xatirəsini ehtiramla yad edir.

Bu xoş fürsətdən istifadə edib, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaqdır.

İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik.

Bu əlamətdar yubiley münasibətilə mən Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımı bildirir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı və səmimi salamlarımı çatdırıram”.

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı görkəmli şəxsiyyət və türk dünyasının fəxri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı.

Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

700 milyon qazancla rekord qırdı

700 milyon qazancla rekord qırdı

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

Birinci xanımlar Antalya Forumunda - FOTO

Birinci xanımlar Antalya Forumunda - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

“Abşeron Lions” yarımfinalda!

“Abşeron Lions” yarımfinalda!

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

End of content

No more pages to load

RADİO